Ufa Dövlət Neft Texniki Universiteti (rus. Уфимский государственный нефтяной технический университет – УГНТУ; başq. Өфө дәүләт нефть техник университеты – ӨДНТУ) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən ali təhsil müəssisəsi.[1] Universitetin rektoru professor Ramil Baxtizindir.[2]
Ufa Dövlət Neft Texniki Universiteti УГНТУ, ӨДНТУ | |
---|---|
Əsası qoyulub | 1948 |
Ölkə | |
Sayt | rusoil.net |
1948-ci ilə M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun filialı kimi yaradılmışdır.[1]
Burada təhsilin bakalavr, magistratura, doktorantura pillələri üzrə mütəxəssis hazırlığı aparılır. Universitetdə 200-ə yaxın elmlər doktoru və professor fəaliyyət göstərir. Bu ali məktəbdə 17 minə yaxın tələbənin, o cümlədən 36 ölkənin vətəndaşları ali təhsil alır.[1]
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |