Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu (rus. ГБУ «Уфимский научно-исследовательский институт глазных болезней Академии наук Республики Башкортостан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində göz xəstəlikləri üzrə ixtisaslaşmış əsas elmi-tədqiqat müəssisəsidir. 2006-cı ildən baş direktoru Muxarram Bikbovdur[1].
Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu | |
---|---|
rus. ГБУ «Уфимский научно-исследовательский институт глазных болезней Академии наук Республики Башкортостан» | |
Növü | Dövlət təşkilatı |
Yaranma tarixi | 1926 |
Mərkəzi | Ufa, Rusiya |
ufaeyeinstitute.ru |
İnstitutun əsası 1926-cı ildə qoyulmuşdur. Belə ki, 22 iyun 1926-cı ildə Başqırd MSSR Sağlamlıq Xalq Komissarı İdarə Heyətinin iclasında 1926-1927-ci illər üçün istehsal planı təsdiqlənərkən Ufada Traxoma İnstitutunun açılması qərara alınmışdır. Sonrakı arxiv sənədlərində qeyd olunur ki, SSRİ Xalq Komissarları Sovetinin 15noyabr 1926-cı il tarixli qərarına əsasən həmin qurum Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çevrilmişdir.
İnstituta istedadlı tədqiqatçıların cəlb edilməsində və institutun əmək qabiliyyətli komandasının yaradılmasında müxtəlif vaxtlarda bu quruma rəhbərlik etmiş şəxslərin böyük rolu olmuşdur:
İnstitutun strukturu tədqiqat və elmi-istehsalat şöbələrindən ibarətdir. Tədqiqat şöbəsində 4 elmi şöbə vardır:
İnstitut Rusiya Federasiyasının 75 müəllif şəhadətnaməsi və patentini almışdır.