Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika.
muxtar respublika | |||||
Başqırd Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Ufa[2] | ||||
Rəsmi dilləri |
başqırd rus |
||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi |
156 min. km² (1922) 142,9 min. km² (1990) |
||||
Əhalisi | 3 943 100 nəf. (1989) | ||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur[3]. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur.
11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir[4].
Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir.
Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır. 1917-ci ilin iyul-avqust ayları Orenburq və Ufada şəhərlərində Ümumbaşqırd qurultayı keçirilir. Burada Rusiya Federasiyasının tərkibində Milli-ərazi muxtariyyəti əsasında Demokratik Respublikasının qurulması qərara alınır. Birinci seyzdin seçimi və ikincinin seçilməsi öncəsi Karvansarayda Başqırd hökuməti fəaliyyət göstərirdi. Onlar Ümumrusiya Təsisetmə Qurultayına hazırlaşırdı. Bu toplantı 1918-ci ilin yanvarında baş tutmalı idi. Oktyabr inqilabı muxtariyyat prosesinə korrektiv gətirdi. 15 noyabr (28 noyabr) 1917 ildə Başqırd vilayət (mərkəzi) şurası Orenburq, Perm, Samara, Ufa quberniyalarının bir hissəsi Rusiya Respublikasının tərkibində muxtariyyat alır. Ərazi-milli muxtariyyatı Başqurdstan adlandırılır. 8-20 dekabr 1917-ci ildə Orenburqda sonuncu qərar III Ümumbaşqırd qurultayında qəbul edilir.
«Kiçik Başqırdıstan» məvhumu 1918-ci ilin yanvarında «Kiçik Başqırdıstan muxtariyyatı haqqında vəziyyət» toplantısında meydana gəlir. «Kiçik Başqırdıstanın» Prem quberniyasına daxil olan Kranoufa qəzasının cənubu, Osinski qəzasının cənubu, Yekaterinburq qəzasının cənub-şərqi, Şardinski qəzasının cənub-qərbi, Orenburq vilayətinin Çelyabinsk qəzasının cənub-qərbi, Troisk qəzasının qərbi, Verxneuralsk qəzasının bir hissəsi, Orenburq qəzasının şimalı, Ufa quberniyası Birsk qəzasının cənub-qərbi, Sterlitamaks qəzasının şimal-şərqi, Samara quberniyasının Buquruslansk qəzası. Göstəricilər: ərazisi — 78439 km², əhali — 1219,9 min nəfər.
Sovet Mərkəzi hakimiyyəti ilə Başqırd Ordusunun Qırmızı ordunun tərəfinə keçməsindən sonra Başqırd hökumətinin yenidən qurulması haqqında 1919-cu ilin 16 yanvarında Temyasova kəndində danışıqlar baş tutur. 21 fevral 1919-cu ildə Ümumbaşqırd hərbi syezdində Başrevkomun tərkibi seçilir. Muxametxan Kulaev onun sədri olur. Hökumət artıq sovet sisteminə uyğun muxtariyyat qurmağı hədəfləyir.
20 mart 1919-cu ildə Moskvada Sovet hakimiyyəti ilə Başqırd hökuməti arasında Muxtar Başqırd Sovet Sosialist Respublikasının qurulması haqqında sazış imzalanır. Bu tarixi aktı Sovet hökuməti tərəfdən Sovnarkomun sədri Vladimir İliç Lenin, MİK sədri Mixail Vladimirski və narkomnas İosif Stalin, Başqırdıstan tərəfdən Başqırd hökuməti sədri Muxametxan Kulaev, Başqırd Mərkəzi Şurasının sədri Mullayan Xalikov və Başqırd qoşunlarının adyudantı Abdraşit Bikbavov imzalamışdır. Bu məlumat «İzvestiys VSİK» qəzetində 23 mart 1919-cu ildə dərc edilir. Bu tarix Başqırsdıstan MSSR rəsmi yaranma tarixi kimi qeyd edilir. «Kiçik Başqırdıstan» termini nəhayətdə MBSSR ilə əvəzlənir.
«Kiçik Başqırdıstanın» ehtimal edilən əraziləri təşkil olunmuşdur: Orenburq qəzasının 17, Orsk qəzasının 28, Verxneuralsk qəzasının 12, Troysk qəzasının 6, Çelyabinsk qəzasının 9, Buzuluk qəzasının bir volosu (Orenburq quberniyası), Şardin qəzasının 8, Yekaterinburq qəzasının 4, Krasnoufa qəzasının 6volosu və 3 volosundan 5 kənd (Perm quberniyası), Zlatoustov qəzasının 14, Ufa qəzasının 4 volostu və 2 volostun başqırd kəndləri, Sterlitamaks qəzasının 29 volostu (Ufa quberniyası).
Kolçakın hücumları səbəbindən Başrevkom Saranska evakuasiya edilir. Hökumət 1919-cu ilin avqustuna qədər burada qalır. 20 avqust 1920-ci ildə hökumət Sterlitamak şəhərinə qayıdır. Elə həmin ilin noyabrında Sterlitamak qəzasının 16 volosu respublikanın tərkibinə verilir.