Ufa Uşaq Dəmir yolu

Sovet İttifaqı qəhrəmanı V. P. Dobrorez adına Kiçik Ufa Uşaq Dəmir yoluUfa şəhərində uşaq dəmir yolu.

Ufa, Başqırdıstan 
54°44′29″ şm. e. 55°57′13″ ş. u.
Kiçik Ufa Uşaq Dəmir yolu
Açılma tarixi: 10 may 1953
Uzunluğu: 2 km
Dayanacaq məntəqələri: 2
«Başqırdıstan pioneri» qatarı «Priazyornaya» stansiyasında

Tarixi[redaktə | mənbəni redaktə et]

Ufada Uşaq Dəmir yolunun salınması fikiri hələ Ufanın dəmir yol paytaxtı olması zamanı ortaya atılmışdı. Dəmir yolunu İ. S. Yakutov adına parkda salınması planlaşdırılırdı. Bu yol şəhərin mərkəzi ilə dəmir yolu vağzalı arasından keçməli idi.

Dəmir yolunun inşasına 1952-ci ildə başlanılmışdır. Tikinti işləri qısa müddət ərzində bitir. İlk əvvəllər vaqonların daşıma güçü 159—649 nəfər təşkil edirdi. Burada üç vaqon açıq tipli idi. Onlar vaqon platformalarından hazırlanmışdı.

Səkkizvari formaya malik olan xətt qapalı sistemli idi. Yunost stansiyasında taxta vağzal inşa edilir.

İlk mövsümünə dəmir yolu 10 may 1953-cü ildə başlamışdır.

1958-ci ildə Ufa dəmir yolları ləğv edilir və Başqırd ayrı Kuybişev dəmir yollarına çevrilir.

1959-ci ildə Kiçik Ufa Uşaq Dəmir yollarına ТУ2-104 teplovozu daxil olur. 1961-ci ildə əldəqayırma vaqonlar yeni Pafawag sərnişin vaqonları ilə əvəz edilir. Köhnə vaqonlardan yalnız biri iş məqsədi ilə saxlanılır.

1985-86-ci illərdə yol yenidən qurulur. Xətt qapalı həlqəyə çevrilir.

1991-ci ildə dəmir yoluna ПВ51 vaqonları daxil olur.

1996-97-ci illərdə Yunost stansiyası sökülür. Onun yerinə kərpiç bina inşa edilir. Xarici görünüşünə görə keçmiş taxta binaya bənzəyir.

2004-cü ildə yeni Priazyornaya stansiyası istifadəyə verilir.

Kiçik Ufa Uşaq Dəmir yolu ən yaxşı uşaq dəmir yollarından biridir. Burada hərəkətlilik olduqca aktivdir.

Kiçik Ufa Uşaq Dəmir yolu iki stansiyaya sahibdir:Yunost və Priazyornaya. Boir depoya və 20 vaqona malikdir.

Priazyornaya stansiyasında depo vardır.

2015-ci ildə Yunost stansiyasında sərnişin platforması tam yenidən qurulmuşdur.

Depo[redaktə | mənbəni redaktə et]

Teplovozlar:

  • ТУ7А-3357
  • ТУ10-010
  • ТУ2-104

vaqonlar:

  • 3 vaqon Kambar Maşınqayırma zavodunun istehsalıdır.

İş qrafiki[redaktə | mənbəni redaktə et]

1 maydan 31 maya kimi 11:00 - 19:00, 1 iyundan 31 avqusta kimi çərşənbədən bazar günlərinə kimi saat 11:00 - 19:00, 1 sentyabrdan 2 oktyabra kimi saat 11:00 - 19:00 radələrində fəaliyyət göstərir.

Biletin qiyməti[redaktə | mənbəni redaktə et]

2017-ci il məlumatına əsasən:

  • Böyüklər 10 yaşdan yuxarı) 100 rubl
  • Uşaqlar (2-10 yaş arası) - 90 rubl
  • 1 yaşlı uşaqlar üçün - pulsuz.

Mənbə[redaktə | mənbəni redaktə et]

Şəkillər[redaktə | mənbəni redaktə et]