Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[1][2][…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[1][2][…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il)[3] və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü.
Vilyam Hovard Stayn | |
---|---|
ing. William Howard Stein | |
Doğum tarixi | 25 iyun 1911[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1980[1][2][…] (68 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | biokimya |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub.
Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir.
Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.