Ukrayna Kitab İnstitutu (ukr. Український інститут книги; УІК) — Ukraynada kitab oxumanı təşviq etmək, kitab nəşrinə dəstək vermək, tərcümə işinə təkan vermək və Ukrayna ədəbiyyatını xaricdə populyarlaşdırmaq məqsədilə 2017-ci ildə[2] yaradılan Ukrayna Mədəniyyət və Məlumat Siyasəti Nazirliyi yanında dövlət qurumu.[3]
Ukrayna Kitab İnstitutu УІК | |
---|---|
Український інститут книги | |
Yaranma tarixi | 2016 |
Mərkəzi | Kiyev, Lavrska küç. 9, korpus 20 |
Yarandığı yer | Ukrayna |
Büdcəsi | 151 065 600 ₴ (2021)[1] |
ubi.org.ua/uk |
2016-cı ilin iyulun 28-də Ukrayna Mədəniyyət və Məlumat Siyasəti Naziri Yevhen Nışuk "Ukrayna Kitab İnstitutu yaradılması haqqında" 612 nömrəli əmrini imzalayıb.[4]
2018-ci ildə Ukrayna Nazirlər Kabineti instituta "Ukrayna Kitabı" dövlət proqramı çərçivəsində ölkə kitabxanaların yenidən doldurması planının həyata keçirməsi məqsədilə 120 milyon qrivna ayırıb.[5] Həmin ildə kitabxanalar üçün 91 nəşriyyatdan 741 kitabın 1500 nüsxəsi alınıb. Ümumi qiyməti 114,5 milyon qrivna idi. 2019-cu ildə isə plana görə 87 milyon qrivnaya 677460 nüsxə alınmalı idi.[6] Mədəniyyət və Məlumat Siyasəti Nazirliyinin əmrisinə görə, 2020-ci ildə 833 kitabın 383748 nüsxəsi paylaşmağa planlanırdı. Onları əldə edənlərin siyahısı 606 kitabxanadan ibarət idi.[7] Həmin 833 kitabdan 514-ü uşaqlar və cavanlar üçün, 160-ı bədii ədəbiyyatı, 159-u isə başqa növ kitab idi. O il proqramın büdcəsi 47,378 milyon qrivna idi.[8]
Ukrayna Kitab İnstitutu 2018 Lvov Kitab Forumunun həmtəşkilçisi olub və onun çərçivəsində BookUp Night tədbiri hazırlayıb.[9] 2018-ci[10] və 2019-cu[11] ildə institut Yaradıcı Ukrayna (ukr. Креативна Україна) forumun çərçivəsində Nəşriyatçıların sorağı: Avropayı necə istila etmək (ing. Publishers' Guide: How to conquer Europe) adlı seminar hazırlayıb.
Ukrayna Kitab İnstitutun beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti:[12]
2018-ci ildə Ukrayna Kitab İnstitutu 16 nəşriyyat ilə birgə Frankfurt Kitab Yarmarkasında iştrak edib.[13] İnstitut həmçinin Ukraynanın Çexiyada səfirliyi ilə birgə Praqada Kitab Dünaysı 2018 yarmarkasında Ukrayna stendini təşkil edib. Bu ilk dəfə idi ki, dövlət institutu həmin yarmarkada iştrak ebib. Bundan əvvəl stendlər yerli və diaspora Ukraynalıları tərəfindən hazırlanırdı.[14]