Ukrayna milli ittifaqı (ukr. Український Національний Союз) — Ukraynada radikal siyasi cərəyan[1] və siyasi partiyası.[a] Partiyanın lideri Vitali Krivoşeyev.[2]
Ukrayna milli ittifaqı Український Національний Союз | |
---|---|
Qurucu | Oleq Qoltvyanski |
Lideri | Vitali Krivoşeyev |
Quruluş tarixi | 19 dekabr 2009 |
Baş qərargah | Kiyev |
İdeologiya | millətçilik, mühafizəkarlıq |
İdeoloji spektr | ifrat sağçılıq |
Şüar |
İrq! Millət! Torpağım! ukr. Раса! Нація! Земля! |
Rəngləri | |
Bələdiyyədə |
11 / 43.122 |
Saytı | http://www.naso.pp.ua/ |
Ukrayna milli ittifaqı 2009-ci ildə Oleq Qoltvyanski tərəfindən NASO bazasında qurulmuşdur.[3] Ukraynada və Rusiyada bir sıra siyasi aksiyaların keçirilməsinin təşkilatçısı olur. 2012-ci ildə Xarkovda qeyri-qanuni miqrasiyaya qarşı marşin keçirilməsinə görə həbs edilib, mühakimə olunmuşdur.[4][5] Ictimai təşkilatların fəaliyyətini dayandırmasa da. Oleq Qoltvyanski sədrlik postundan istefa verdi, UMI sədrliyinə daha sonra Vitali Krivoşeyev keçmişdir.[3] 27 aprel 2013-cü il tarixində isə V-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır.[6][7]
2013–2014-cü illərdə partiya rəsmi olaraq qeydiyyat alınmadı.
Yanukoviç rejiminə qarşı Ukrayna milli ittifaqı çıxışlar etmiş və maydan hərəkatının təşkilatçılarından olmuşdur.[8][9]
2015-ci ildə UMI ilə UKROP Partiyası arasında birləşmə haqqında ilkin razılaşma əldə edildi. Lakin daha sonra birləşmə gerçəkləşdirilmədi. 2015-cu il bələdiyyə seçkilərində 17 nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 2 nəfər seçilb.[10]
İl | Namizəd sayı | Sədr | Nəticələri | Mövqe | |||
---|---|---|---|---|---|---|---|
Səs | % | Yer | Temp | ||||
2020
|
1
|
▬
|
▬
|
0 / 450
|
▼1 | Seçilmədi
|
Seçkilər | Namizədlərin sayı | Seçilən namizəd | Seçildiyi yer | Topladığı səs |
---|---|---|---|---|
2015-cü il Bələdiyyə seçkiləri | 17 namizəd | 2 | Lyubotin | 377 |
2020-cu il Bələdiyyə seçkiləri | 43 namizəd | 11 | Lyubotin, Pryluky, Altestovo, Dobropolye | 4860 |
UMI-nin emblemi böyük hərflərlə "ІN" (ukr. Ідея Nації) yazılmış kompozisiyadan ibarətdir.
Partiyanın qurucusu və ilk sədri Oleq Qoltvyanski olmuşdur. 2013-cü ildən partiyanın sədri Vitali Krivoşeyev.