Ukraynada prezident seçkiləri (2019)

2019-cu ildə Ukrayna Prezident seçkiləri — 2018-ci ilin noyabr ayının 26-də Ukraynanın Ali Radası ölkədə növbəti prezident seçkilərinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.[1]

27 dekabr 2018-ci ildə Ukraynanın Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilmiş qərara əsasən 2018-ci ilin 31 dekabrında prezident seçkiləri kampaniyasının başlanacağını elan edilib. Kampaniya 90 gün – 2019-cu ilin 31 martına qədər davam edəcək. Həmin gün isə səsvermə keçiriləcək.[2]

Prezidentliyə namizədlərin irəli sürülməsi və sənədlərin qəbuluna fevralın 3-ədək vaxt verilib. Fevralın 8-də qeydiyyat prosesi başa çatacaq. Sonra MSK prezident postuna iddiaçıların son siyahısını elan edəcək. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.[2]

  1. trend.az. "Ukraynada növbəti prezident seçkiləri 2019-cu ilin martın 31-də keçiriləcək" (az.). 27 Noyabr 2018. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  2. 1 2 fins.az. "Ukraynada prezident seçkiləri kampaniyası dekabrın 31-də başlayır" (az.). 28 DEKABR 2018. İstifadə tarixi: 2018-12-25.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]