Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yuliya Volodımırivna Timoşenko, əsl soyadı əvvəlcə Qrigyan, sonradan Telegina (ukr. Юлія Володимирівна Тимошенко, Григян/Телегіна; 27 noyabr 1960[1], Dnepr) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi, 2005-ci il fevral-sentyabr aylarında və 2007-ci ilin dekabrından Ukrayna Respublikasının Baş Naziri. "Batkivşina" (ukr. Батьківщина, tərc. Vətən) partiyasının və Yuliya Timoşenko Blokunun sədri, 2004-cü ildəki "narıncı inqilab"ın rəhbərlərindən biri. Ukrayna Respublikasının prezidentliyinə namizəd.
Yuliya Timoşenko | |
---|---|
ukr. Ю́лія Володи́мирівна Тимошенко | |
Ukrayna Respublikasının 14-cü Baş Naziri | |
18 dekabr 2007 – 11 mart 2010 | |
Prezident | Viktor Yuşşenko |
Əvvəlki | Viktor Yanukoviç |
Sonrakı | Nikolay Azarov |
Ukrayna Respublikasının 11-ci Baş Naziri | |
24 yanvar 2005 – 8 sentyabr 2005 (4 fevral 2005-dək əvəz edib) | |
Prezident | Viktor Yuşşenko |
Əvvəlki | Nikolay Azarov |
Sonrakı | Yuri Yexanurov |
Şəxsi məlumatlar | |
Doğum adı | Юлія Володимирівна Грігян |
Doğum tarixi | 27 noyabr 1960[1] (64 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi, sahibkar |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuliya Timoşenko Dnipropetrovskda anadan olub. Universiteti bitirdikdən sonra iqtisadçı kimi çalışmağa başlayıb. 1980-ci ildə kooperativ hərəkatının öncüllərindən olub və videofilmlərin nümayişi üçün zal açıb. Videosalon şəbəkəsi yaradıb, daha sonra Ukraynanın Vahid Enerji Sistemi adlı yanacaq-sürtgü şirkətinin əsasını qoyub.
1995–1996-cı illərdə bu şirkətin dövriyyəsi bir neçə milyon dollar olub. Şirkət Ukrayna maşınqayırma sənayesinin məhsullarını Rusiya enerjidaşıyıcıları ilə dəyişib. Yuliya Timoşenko özü deyir ki, onun bu istiqamətdə fəaliyyəti Ukraynanın Rusiyaya qaz borcunu aradan qaldırmağa imkan verib. Onun əleyhdarları isə deyirlər ki, bu şirkət "qara sxem"lə işləyib, vergidən yayınıb. Yuliya Timoşenkonun "Ukraynanın Vahid Enerji Sistemi" şirkətinə rəhbərlik etdiyi dövrdə Ukraynanın baş naziri Pavel Lazarenko olub. Baş nazir postunu tərk edəndən bir neçə il sonra "çirkli pulların yuyulması"nda iştirak və dələduzluq ittihamları ilə ABŞ-də həbs edilib. Yuliya Timoşenkonun əleyhdarları deyirlər ki, hazırkı baş nazirin şirkətinin fəaliyyətinə də Dnepropetrovsk əsilli Pavel Lazarenko bir yerli kimi dəstək verib. Yuliya Timoşenko bildirir ki, həmin illərdə onun şirkətinə qarşı qaldırılmış cinayət işi siyasi xarakterli olub.
Yuliya Timoşenko 1997-ci ildə ilk dəfə deputat, eyni zamanda Pavel Lazarenkonun lideri olduğu Qromada Partiyasında sədrin ilk müavini seçilib. 1998-ci ildə o, yenidən Ali Radanın üzvü olub və parlamentin büdcə komitəsinə rəhbərlik edib. 1999-cu ildə Rodina Partiyasının rəhbəri olub.
1999-cu ilin sonlarınla Yuliya Timoşenko parlamentdən gedib, Viktor Yuşşenkonun başçılıq etdiyi hökumətdə baş nazirin birinci müavini olub. Ukraynanın enerji bazarında uğurlu islahatlar aparmağı bacarıb. Bu sahədən büdcəyə daxilolmalar artıb, büdcədən maliyyələşən təşkilatların işçilərinin maaşları və pensiyaçıların təqaüdləri ödənilib.
2000-ci ildə Ukrayna hakimiyyəti Yuliya Timoşenkonun əri Aleksandrı həbs edib. O, "Ukraynanın Vahid Enerji Sistemi" şirkətinin fəaliyyəti ilə bağlı müxtəlif cinayət əməllərində günahlandırılıb. 2001-ci ildə Leonid Kuçma Yuliya Timoşenkonu hökumətdə tutduğu vəzifədən azad edib. Xanım siyasətçi Milli Xilasetmə Forumu yaradıb. Bu Forum Leonid Kuçma əleyhinə kütləvi aksiyalarda fəal iştirak edib. Yuliya Timoşenko elə o zaman valyuta qaçaqmalçılığı və vergidən yayınma ittihamı ilə həbs edilib. Bir aya yaxın həbsdə qalıb. Ölkədən kənara çıxmamaq haqqında iltizama qol çəkəndən sonra azadlığa çıxıb. Sonradan məhkəmə Yuliya Timoşenko əleyhinə irəli sürülən ittihamları əsassız sayıb.
Yuliya Timoşenko "Kuçmasız Ukrayna" hərəkatının aktiv iştirakçılarındandır. 2002-ci il parlament seçkiləri öncəsi yaratdığı "Yuliya Timoşenko Bloku" səslərin 7 faizini alıb və parlamentdə 20 yer qazanıb. O, 2004-cü ildə prezident seçkilərinə qatılmaqdan imtina edib və Viktor Yuşşenkonu dəstəkləyib. "Maydan Nezalejnosti"də (Müstəqillik meydanı) keçirilən kütləvi aksiyaların əsas təşkilatçılarından, "narıncı inqilab"ın əsas simalarından olmuşdur.
Ukraynadakı prezident seçkiləri dövründə Rusiya Hərbi Prokurorluğu Yuliya Timoşenko haqqında beynəlxalq axtarış elan edib. O, Rusiya Müdafiə Nazirliyinin məmurundan rüşvət almaqda günahlandırılmış, lakin sonradan bu ittiham ləğv olunmuşdur. Viktor Yuşşenkonun prezident seçilməsindən sonra Yuliya Timoşenko baş nazir kürsüsündə əyləşib. Ancaq 2000-ci ildə hökumətə uğurla başçılıq edərək ciddi iqtisadi islahatlara imza atan bu iki şəxs bu dəfə yola getmir və onlar bir-birlərini "Maydan idealları"na xəyanət etməkdə, korrupsiyada günahlandırırlar.
Yuliya Timoşenkonun baş nazir olduğu birinci dönəmə münasibət fərqlidir. Timoşenko özü hesab edir ki, prezident və onun komandasının əks fəaliyyətinə baxmayaraq, çoxlu uğurlara nail olub. Əleyhdarları isə hesab edir ki, həmin dövrdə Ukraynada ÜDM-in səviyyəsi aşağı düşüb, çörək, ət və benzinlə bağlı böhranlar yaşanıb.
Viktor Yuşşenko Yuliya Timoşenkonu baş nazir postundan uzaqlaşdırandan sonra o, müxalif düşərgədə siyasi fəaliyyətini davam etdirib, 2006-cı ildə keçirilən parlament seçkilərində 22 % səs yığıb, Ali Radada ən böyük fraksiyalardan birini yaradıb. Təkrar parlament seçkilərində isə daha inamlı nəticə qazanıb. "Yuliya Timoşenko Bloku" 30 faiz səs yığıb və parlamentdə 156 mandat qazanıb. Viktor Yuşşenkonun "Bizim Ukrayna" bloku ilə razılaşma əldə olunması və "Vladimir Litvin Bloku"nun da qoşulmasıyla da kövrək koalisiya nəticəsində 2007-ci ildə Yuliya Timoşenko yenidən baş nazir olub.
Qlobal iqtisadi böhranın Yuliya Timoşenkonun baş nazir olduğu dövrə düşməsi onun üçün ciddi problem yaradıb. O, həm prezident Viktor Yuşşenko, həm də Viktor Yanukoviçin daimi hücumları ilə üzləşib. Bununla belə, hazırda keçirilən sorğular seçicilərin 20 faizinin ona səs verməyə hazırlaşdığını göstərir. O, reytinqdə yalnız Viktor Yanukoviçə uduzur, lakin ekspertlər hesab edirlər ki, ikinci turda o, səslərini artıraraq qalib gəlmək potensialına malikdir. Çünki bu halda Mərkəzi və Qərbi Ukraynada seçicilər əsas namizəd kimi məhz onu dəstəkləyəcəklər.
Timoşenko 2014-cü ilin fevralın 22-də həbsdən çıxdı.[2]