Ukraynanın İsveç səfirliyi (ukr. Посольство України в Королівстві Швеція) — Ukraynanın İsveçin Stoholm şəhərində yerləşən səfirliyi.
Ukraynanın İsveç səfirliyi | |
---|---|
Koordinatlar | 58°20′44″ şm. e. 18°06′22″ ş. u. |
Yer | İsveç |
Ünvan | Stjärnvägen №2A, Stoholm |
Səfir | Andrey Plaxotnyux |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.sweden.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1991-ci il yanvarın 12-də Ukrayna və İsveç dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1992-ci ildə isə Ukraynanın İsveç səfirliyi yaradıldı.
Ukraynanın İsveçdə olan fövqəldə və səlahiyyətli səfiri Andrey Plaxotnyuxdur. O, 2020-ci ildən bu vəzifədədir.