Ukraynanın İtaliya səfirliyi (ukr. Посольство України в Республіці Італії) — Ukraynanın İtaliyanın Roma şəhərində yerləşən səfirliyi.
Ukraynanın İtaliya səfirliyi | |
---|---|
Koordinatlar | 40°55′12″ şm. e. 12°28′36″ ş. u. |
Yer | İtaliya |
Ünvan | Guido d'Arezzo №9, Roma |
Səfir | Yaroslav Melnik |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.italy.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il yanvarın 28-də Ukrayna və İtaliya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1993-cü ildə isə Ukraynanın İtaliya səfirliyi yaradıldı.
Ukraynanın İtaliyada olan fövqəldə və səlahiyyətli səfiri Yaroslav Melnikdir. O, 2020-ci ildən bu vəzifədədir.