Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu — Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı regional diplomatik missiyası.[1][2][3][4]

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu
  • Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 27 oktyabr 2020
Tabelik Volodimir Zelenski
Ştat sayı 20 nəfər
Baş qərargah Şamaxı Şamaxı
Ünvan Hüseyn Cavid 2, AZ5700, Azərbaycan, Şamaxı
Rəhbərlik
Fəxri Konsul Mehrəli Qasımov

Rəsmi saytı ukraine.az

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu Ukrayna Prezidenti Volodimir Zelenskinin 27 oktyabr 2020-ci il sərəncamına əsasən təsis edilmişdir.[5][6][7][8][9][10][11]

Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaratmaqdadır.[12][13][14] Fəxri Konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verməkdədir, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil etməkdədir.[15][16][17]

Fəxri Konsullar

[redaktə | mənbəni redaktə et]

Fəxri Konsullar təyin ölkənin Prezidenti tərəfindən seçilir və qəbul edən ölkənin Prezidenti tərəfindən təsdiq edilərək öz fəaliyyətinə başlayır. Vyana Konvensiyasına əsasən Fəxri Konsullar öz fəaliyyətləri haqqında ilin yekununda hesabat hazırlayır və təqdim etdiyi hesabat göndərən ölkənin Xarici İşlər Nazirliyi tərəfindən qəbul edildiyi təqdirdə fəaliyyət müddətinin uzadılması və yaxud dayandırılması haqqında qərar qəbul edilir. Fəxri Konsulların göndərən ölkənin vətəndaşı olması məcbur deyildir. Fəxri Konsul statusu əsasən ictimai xadimlər, iş adamları və müxtəlif ölkələrdə söz sahibi olan şəxslərə verilir. Fəxri Konsulluqlar dövlət hesabına maliyələşmir, təyin olunan Fəxri Konsullar diplomatik missiyanı öz hesablarına maliyələşdirir. Vyana Konvensiyasına əsasən Fəxri Konsullar Diplomatlar ilə ilə eyni statusu daşımaqdadır və diplomatik toxunulmazlıqları vardır.

  1. Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
  2. "Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb (FOTO)". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  3. "Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açıldı". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  4. "Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  5. "Şamaxıda Ukraynanın Fəxri konsulluğu fəaliyyətə başlayıb". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  6. "Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır!". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  7. "Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  8. Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır — FOTO/VİDEO
  9. "Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi ilə bağlı təntənəli mərasim keçirilib". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  10. "Şamaxıda Ukraynanın Fəxri konsulluğu açıldı — FOTO". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  11. "Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  12. Azərbaycanın fəxri konsulluğu Ukraynadan 30 nəfər həmvətənimizi evakuasiya edib
  13. "Ukraynanın Azərbaycandakı Fəxri konsulluğunun reallaşdırdığı layihələr — Fotolar". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  14. "Fəxri konsul: Azərbaycan konsulluğu Ukraynadakı həmvətənlərimizə müxtəlif köməklik göstərir". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  15. Azərbaycandan daha bir humanitar yardım karvanı Ukraynaya çatıb
  16. "Ukraynanın Fəxri Konsulu: "İnvestor olmaq kifayət deyil, investor cəlb etmək də, uzunmüddətli iqtisadi inkişafın təminatıdır" — MÜSAHİBƏ". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  17. "Ukraynanın Fəxri konsulu: — Fəaliyyətim ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaradılmasına yönələcək". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Rəsmi instagram hesabı

Rəsmi facebook hesabı