Volodimir Oleksandroviç Zelenski[6] (və ya Vladimir;[7] ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978[1], Krivoy Roq, SSRİ[8][9][…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır.[10][11] Eyniadlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.[12]
Volodimir Zelenski | |
---|---|
ukr. Володимир Олександрович Зеленський | |
Vəzifədədir | |
20 may 2019-cu ildən | |
Baş nazir | Denis Şmıqal |
Əvvəlki | Petro Poroşenko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1978[1] (46 yaş) |
Doğum yeri | Krivoy Roq, Dnepropetrovsk vilayəti, Ukrayna SSR, SSRİ |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Oleksandr Zelenski[d] |
Anası | Rimma Zelenskaya[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | Ukrayna Silahlı Qüvvələri |
Döyüşlər | |
Rütbəsi | soldat[d][4] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | aktyorluq[5], parodiya[d], şou-biznes, siyasət[5], hüquqşünas, ssenarist, televiziya aparıcısı, film prodüseri, televiziya prodüseri[d], müğənni, impressionist[d], yumor ustası[d], şoumen[d], siyasətçi, kinorejissor |
|
|
Təltifləri |
|
president.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.[13][14]
O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir.[15] Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.[15]
Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.[16] Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.[10]
Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir.[16] 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı.[17] 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.[18]
Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.[19]
Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.[20]
31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib.[16] Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.[16]
Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu.[15] Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.[15]
İl | Ad |
---|---|
2009 | Böyük şəhərdə sevgi |
2011 | Ofis Romantikası. Vaxtımız |
2012 | Böyük şəhərdə sevgi 2 |
2012 | Rjevski Napoleona qarşı |
2012 | 8 ilk tarix |
2014 | Veqasda sevgi |
2015 | 8 yeni tarix |
İl | Ad | Qeydlər |
---|---|---|
2008–2012 | Svaty | Prodüser |
2015 | Xalqın xidmətçisi | |
2016 | Tantsi z zirkamy |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |