Ukraynanın Finlandiya səfirliyi (ukr. Посольство України в Республіці Фінляндії) — Ukraynanın Finlandiyanın Helsinki şəhərində yerləşən səfirliyi.
Ukraynanın Finlandiya səfirliyi | |
---|---|
Koordinatlar | 60°11′06″ şm. e. 25°01′01″ ş. u.HGYO |
Yer | Finlandiya |
Ünvan | Vahaniityntie №9, Helsinki |
Səfir | Olqa Dibrova |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.finland.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il fevralın 26-da Ukrayna və Finlandiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1992-ci ildə isə Ukraynanın Finlandiya səfirliyi yaradıldı.
Ukraynanın Finlandiyada olan fövqəldə və səlahiyyətli səfiri Olqa Dibrovadır. O, 2020-ci ildən bu vəzifədədir.