Ukraynanın Kipr səfirliyi (ukr. Посольство України в Республіці Кіпрі) — Ukraynanın Kiprin Nikosiya şəhərində yerləşən səfirliyi.
Ukraynanın Kipr səfirliyi | |
---|---|
Koordinatlar | 35°08′20″ şm. e. 33°18′52″ ş. u.HGYO |
Yer | Kipr |
Ünvan | A. Miaoul №10, Nikosiya |
Səfir | Ruslan Nimçinshi |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.cyprus.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il fevralın 18-də Ukrayna və Kipr dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1999-cu ildə isə Ukraynanın Kipr səfirliyi yaradıldı.
Ukraynanın Kiprda olan fövqəldə və səlahiyyətli səfiri Ruslan Nimçinshidir. O, 2020-ci ildən bu vəzifədədir.