Ukraynanın Latviya səfirliyi

Ukraynanın Latviya səfirliyi (ukr. Посольство України в Республіці Латвиії) — Ukraynanın Latviyanın Riqa şəhərində yerləşən səfirliyi.

Ukraynanın Latviya səfirliyi
Səfirliyin binası
Koordinatlar56°56′28″ şm. e. 24°06′25″ ş. u.
YerLatviya Latviya
ÜnvanKalpa bulvarı №3, Riqa
SəfirAleksandr Mişenko
YurisdiksiyaUkrayna Xarici İşlər Nazirliyi
Saytwww.latvia.mfa.gov.ua

Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il fevralın 12-də UkraynaLatviya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1992-ci ildə isə Ukraynanın Latviya səfirliyi yaradıldı.

Ukraynanın Latviyada olan fövqəldə və səlahiyyətli səfiri Aleksandr Mişenkodur. O, 2019-cu ildən bu vəzifədədir.

  1. Ukraynanın Latviya səfirliyi. "Посольство України в Республіці Латвиії". www.latvia.mfa.gov.ua (Ukraynanın Latviya səfirliyinin rəsmi saytı) (ingilis). 24.02.2021. 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.02.2021.