Ukraynanın Macarıstan səfirliyi (ukr. Посольство України в Республіці Угорщині) — Ukraynanın Macarıstanın Budapeşt şəhərində yerləşən səfirliyi.
Ukraynanın Macarıstan səfirliyi | |
---|---|
Koordinatlar | 46°30′18″ şm. e. 18°58′36″ ş. u.HGYO |
Yer | Macarıstan |
Ünvan | Istenhegyi №84/B, Budapeşt |
Səfir | Lyubov Nepop |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.hungary.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1991-ci il noyabrın 6-da Ukrayna və Macarıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1992-ci ildə isə Ukraynanın Macarıstan səfirliyi yaradıldı.
Ukraynanın Macarıstanda olan fövqəldə və səlahiyyətli səfiri Lyubov Nepopdur. O, 2016-cı ildən bu vəzifədədir.