Ukraynanın Moldova səfirliyi (ukr. Посольство України в Республіці Молдова) — Ukraynanın Moldovanın Kişinyov şəhərində yerləşən səfirliyi.
Ukraynanın Moldova səfirliyi | |
---|---|
Koordinatlar | 46°01′18″ şm. e. 28°48′38″ ş. u.HGYO |
Yer | Moldova |
Ünvan | Vasile Lupu №17, Kişinyov |
Səfir | Marko Şevçenko |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.moldova.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il martın 10-da Ukrayna və Moldova dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1993-cü ildə isə Ukraynanın Moldova səfirliyi yaradıldı.
Ukraynanın Moldovada olan fövqəldə və səlahiyyətli səfiri Marko Şevçenkodur. O, 2019-cu ildən bu vəzifədədir.