Ukraynanın Monteneqro səfirliyi (ukr. Посольство України в Республіці Чорногорії) — Ukraynanın Monteneqronun Podqoritsa şəhərində yerləşən səfirliyi.
Ukraynanın Monteneqro səfirliyi | |
---|---|
Koordinatlar | 42°26′04″ şm. e. 18°15′32″ ş. u. |
Yer | Monteneqro |
Ünvan | Serdar Piletiç №15, Podqoritsa |
Səfir | Oksana Slyusarenko |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.montenegro.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
2006-cı il avqustun 22-də Ukrayna və Monteneqro dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 2008-ci ildə Ukraynanın isə Monteneqro səfirliyi yaradıldı.
Ukraynanın Monteneqroda olan fövqəldə və səlahiyyətli səfiri Oksana Slyusarenkodur. O, 2008-ci ildən bu vəzifədədir.