Ukraynanın Serbiya səfirliyi (ukr. Посольство України в Республіці Сербії) — Ukraynanın Serbiyanın Belqrad şəhərində yerləşən səfirliyi.
Ukraynanın Serbiya səfirliyi | |
---|---|
Koordinatlar | 44°46′20″ şm. e. 20°26′40″ ş. u. |
Yer | Serbiya |
Ünvan | Паэ Адамова №4, Belqrad |
Səfir | Aleksandr Aleksandroviç |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.serbia.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1994-cü il aprelin 15-də Ukrayna və Serbiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 2003-cü ildə isə Ukraynanın Serbiya səfirliyi yaradıldı.
Ukraynanın Serbiyada olan fövqəldə və səlahiyyətli səfiri Aleksandr Aleksandroviçdir. O, 2015-ci ildən bu vəzifədədir.