Ukraynanın Sloveniya səfirliyi (ukr. Посольство України в Республіці Словенія) — Ukraynanın Sloveniyanın Lyublyana şəhərində yerləşən səfirliyi.
Ukraynanın Sloveniya səfirliyi | |
---|---|
Koordinatlar | 46°00′22″ şm. e. 14°30′05″ ş. u. |
Yer | Sloveniya |
Ünvan | Мивка №27, Lyublyana |
Səfir | Mixail Brodoviç |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.slovenia.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il martın 10-da Ukrayna və Sloveniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1993-cü ildə isə Ukraynanın Sloveniya səfirliyi yaradıldı.
Ukraynanın Sloveniyada olan fövqəldə və səlahiyyətli səfiri Mixail Brodoviçdir. O, 2015-ci ildən bu vəzifədədir.