Ukraynanın Yunanıstan səfirliyi (ukr. Посольство України в Республіці Греції) — Ukraynanın Yunanıstanın Afina şəhərində yerləşən səfirliyi.
Ukraynanın Yunanıstan səfirliyi | |
---|---|
Koordinatlar | 38°00′55″ şm. e. 22°46′02″ ş. u. |
Yer | Yunanıstan |
Ünvan | Stefan Delta №2-4, Afina |
Səfir | Sergey Şutenho |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.greece.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il yanvarın 15-də Ukrayna və Yunanıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1993-cü ildə isə Ukraynanın Yunanıstan səfirliyi yaradıldı.
Ukraynanın Yunanıstanda olan fövqəldə və səlahiyyətli səfiri Sergey Şutenhodur. O, 2018-ci ildən bu vəzifədədir.