Ukraynanın dövlət sərhədləri həm xətti, həm də şaquli bir səthidə müəyyən olunur — quruda, suda, yer altında və hava mühitində[1]. Dövlət sərhəddini Ukraynanın Dövlət Sərhəd Xidməti qoruyur.
Ukraynanın dövlət sərhədləri yerlərdə aydın görünən sərhəd nişanları ilə, beynəlxalq müqavilələr və Ukrayna qanunları ilə nizamlanır.ölçüləri və qaydaları [1].
Müasir zamanda Ukrayna yeddi ölkə ilə həmsərhəddir. Ümumi quru sərhədlərinin uzunluğu 5638 km-dir. Ölkənin Qara dəniz sərhədləri 1057 km, Azov dənizi — 250 km. Toplam quru və dəniz sərhədlərinin cəmi 6993 km-dir.
Ölkə | Uzunluq (km) |
---|---|
2295 (dəniz — 321) | |
1222 | |
1084 | |
614 (dəniz — 33) | |
542 | |
137 | |
98 |
Ukraynanın dəniz sərhədlərinə sahildən 12 dəniz mili uzaqlığındakı məsafə daxildir. Bu əraziyə düşən adalar da qanunla ölkə ərazisi hesab olunur. Bütün bu ərazilərin coğrafi kordinatları Ukrayna Nazirlər Kabineti tərəfindən nizamlanır. Müstəsna hallarda Ukrayna dəniz sahəsini eni beynəlxalq qanunlarla əsasə idarə olunur. Müqavilə olmayan halda isə ümumi qəbul edilmiş prinsiplərə əsaslanılır. Ümumən Ukraynanın dənizdən Rusiya ilə sərhəddi şərqədən və Ruminiya ilə isə cənub-qərbdən 33 km-lik məsafə ayırır.
Ukraynanın müasir sərhədləri 1920-1954-cü illər arası formalaşıb. Bütün sərhəd formalaşma presisinə Rusiya və Avstriya-Macarıstan İmperiyalarının süqutu, İkinci Dünya müharibəsi və s. böyük rol oynamışdır.
Ukraynanın Belarus və Rusiya Federasiyası ilə olan sərhədlri əsasən SSRİ zamanı formalaşmışdır. Belarus ilə olan şimal sərhhədi Polesye düzənliyindən keçir. Sərhəddin uzunluğu 1084 km olub qarışıq meşələr zonasından keçir. Sərhəddin ilkin dəqiqləşdirilməsi 1924-cü ilə təsadüf olunur. Müstəqillik illərində ümumi sərhədlərin delimitasiyası olmuş və 1997-ci ildə yekunlaşmışdır. Demarkasiya 2014-cü ildə təqdiqlənmişdir [2].