Ukulele

UkuleleHavay gitarası kimi tanınan bu alət 4 simli mizrablı gitara növüdür, bəzən cüt simli, yəni 8 simli də olur.

Ukulele
Hornbostel–Zaks təsnifatı 321.322-5
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alətin adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Ukulelenin adı bəzi versiyalarda "hoppanan bit" mənasını verir, çünki ifa zamanı simlər üzərində barmaqların hərəkəti hoppanan biti xatırladır.Digər versiyaya görə, alətin adı "buralara gəlmiş hədiyyə" mənasını verir.[1][2]

Ukulele 1880-ci illərdə braginya (Madeyra adasından gələn miniatür gitara, portuqal kavakinyo (cavaquinho) alətinə qohumdur) alətinin bir növü kimi inkişaf edib. Ukuleleni icad edən Manuel Nunyes sayılır. Ukulele Sakit okean sahilləri adalarında yayılıb, lakin bu aləti gördükdə, ilk növbədə, insanın ağlına Havay musiqisi gəlir, çünki bu gitaranı ilk dəfə məşhurlaşdıranlar 1925-ci ildə San-Fransisko şəhərindəki Sakit okean sərgisinə qastrola gəlmiş Havay musiqiçiləri olmuşlar.

Ukulele gitarasının çanaq hissəsi müxtəlif formalarda olur. Standart-gitarayabənzər, "ananas" formalı, avarşəkilli, üçkünc, dördkünc (çox zaman onları bahalı siqar qablarından düzəldirlər) və s. Ukulelenin düzəldilməsində hər şey ustanın təxəyyülündən asılıdır.

Havay gitarasının 5 növü var:

  • 1. Soprano Ukulele (53 sm) ilk və daha çox yayılmış növ
  • 2. Konsert Ukulelesi (58sm) ilk növdən bir az böyük
  • 3. Tenor Ukulele (66 sm) XX əsrin 20-ci illərində üzə çıxıb
  • 4. Bariton Ukulele (76 sm) XX əsrin 40-cı illərində hazırlanıb.
  • 5. Bas Ukulele (76sm) səsi ən bəm və ölçüsünə görə ən böyük növ.
  1. Beloff, Jim (2003). The Ukulele: A Visual History (Revised & Expanded ed.). San Francisco: Backbeat Books. P. 13. ISBN 0-87930-758-7.
  2. Pryor, Alton (2004). Little Known Tales of Hawaii History. Stagecoach Pub. P. 18. ISBN 0-9747551-1-7.

[1]

  1. "Arxivlənmiş surət". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-10.