Ulduzşəkilli şəbəkə

Ulduzşəkilli şəbəkə sxemi
Ulduz topologiyası

Ulduzşəkilli şəbəkə (ing. star network, rus. звездообразная сеть, сеть типа "звезда", yıldız ağ)– lokal sahə şəbəkələrinin (LAN) üç təməl toplogiyasından biri; bu şəbəkədə kompüterlər və qurğular mərkəzi qovşaqla (HUB) ulduz topologiyası üzrə birləşib. Ulduzşəkilli şəbəkədə məlumat hər hansı bənddən birbaşa qovşağa daxil olur və qovşuq həmin məlumatı başqa bəndə ötürmək üçün uyğun marşrut müəyyənləşdirir. Bu şəbəkələrin üstünlüyü onların etibarlığındadır, çünki şəbəkənin hər hansı bəndinin sıradan çıxması başqa bəndlərə təsir etmir. Çatışmazlığı isə ondadır ki, mərkəzi qovşağın sıradan çıxması nəticəsində bütün şəbəkənin işi dayanır. Bundan başqa, hər bir bənd mərkəzi qovşaqla ayrıca birləşdirildiyindən, belə şəbəkələrdə kabel çəkilişi böyük xərc tələb edir.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 810 s.