Ulduz Kəşfiyyat İdarəsi

Ulduz Kəşfiyyat İdarəsi - Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarında Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində "Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı şəkildə xidmət göstərirdi. İdarə bir müddət sonra Sultan II Əbdülhəmidin lehinə və əleyhinə fəaliyyət göstərənlər olmaqla iki yerə ayrıldı. İdarə ölkə daxilində, xüsusilə də erməni komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdırlar. İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəzlərdəki şəxsləri və qurumları yaxından izləyirdilər. Çox qısa müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya hər ay 3000-dən çox jurnal gəlirdi. İdarənin fəaliyyəti 1908-ci ildə Sultan II Əbdülhəmidin taxtdan endirilməsinə qədər fəaliyyətini davam etdirdi. Osmanlı sultanının yaratdığı idarəsinin öz dövründə kəşfiyyat məlumatları əldə etmə və casusluq etməsindən ona qarşı istifadə edənlərə öz xatirələrində bu idarənin yaradılma məqsədləri haqqında belə demişdir:

" Hökmdar təbəəsinin nə düşündüyünü, hansı şikayətləri olmasını bir tərəfdən öz valilərindən, qazilərindən hökumət mərifəti ilə xəbərdar olur, bir tərəfdən də məmalikin (dövlətin) ətraf-i ərbəəsindən (dörd tərəfindən), oralara yayılmış təkkələrin şeyxlərindən, dərvişlərindən məlumat (xəbərlər) əldə edir, buna əsasən də dövləti idarə edir. Cəddim Sultan Mahmud (II. Mahmud), bunlara səyyah (gezginci) dərvişləri də əlavə edərək kəşfiyyatı tevsi etmişdir (genişləndirmişdir). Mən taxta çıxdığım zaman da vəziyyət belə idi və belə də davam edirdi. Bir gün Londra Səfiri Musurus Paşadan, keçmiş Sədrəzəm və Sərəsgər Hüseyin Avni Paşanın İngilislərdən pul aldığını öyrəndim. Padişah namına (adına) dövləti idarə edən bir Sədrəzəm öz dövlətinə xəyanət edirsə, kəşfiyyat da əlbəttə ki məntiqə uyğun formada Saraya bu barədə bildirirdi. Şübhəyə düşdüm, mütəəssir oldum. Məhz bu günlərdə Mahmud (Cəlaləddin) Paşa yanıma gəldi və Gənc türklərdən bəziləri haqqında məlumat (xəbərlər) gətirdi. Bu xəbərlər mühüm idi. Özünə bunları necə öyrəndiyini soruşdum. Xüsusi bir kəşfiyyat təşkilatı qurmuş, bəzi əşxasın (şəxslərin) yaxınlarını pul ilə satın almışdı. Bu şəxslər də görüb eşitdiklərini xəbər verirlər, o da bunları əhəmmiyətlərinə görə qiymətləndirirdi. Lap istəyir qardaşımın əri olsun, dövlətin bir parçasında dövlətdən gizli bir kəşfiyyat qurulması doğru deyildi. Özünə bu təşkilatı dərhal mənə təhvil verməyi və ba-de-ma (bundan sonra) bu işlərlə məşğul olmamasını dedim. Təşkilatı mənə təhvil verdi; lakin buna görə çox incidi. Xarici dövlətlər öz məqsədlərinə xidmət edən şəxsləri vəzir və sədrəzəm vəzifəsinə qədər irəli çəkə bilmişdirlərsə, dövlətin təhlükə içində olmadığını demək olmazdı. Bu səbəbdən birbaşa özümə tabe olan kəşfiyyat idarəsi yaratmaq qərarına gəldim. Düşmənlərimin məlumat əldə edən idarə dedikləri məhz budur.[1][2] "

"Ulduz" Kəşfiyyat İdarəsində Sultan II. Əbdülhəmidin şəxsən etibarını qazanmış olan şəxslər vəzifəyə təyin edilmişdi. Kəşfiyyatçılar içərisində hər rütbədən və hər səviyyədən ad çıxarmış və ya o qədər nüfuzu olmayan şəxslər də vardı. Təşkilatda generallar, admirallar, valilər, hakimlər, professorlar, həkimlər, müəllimlər, jurnalistlər və başqa peşə sahibləri olmaqla 990 cəsus və 23 cəsus mərkəzi fəaliyyət göstərirdi. Rəsmi kəşfiyyatçıların diqqətini daha çox cəlb edən şəxslər sədr-əzəmlər idi. Sultan II Əbdulhəmidin səltənətinin ikinci yarısında cəsus qorxusundan, insanların üçüncü bir şəxs olan yerlərdə söhbət etməsi mümkünsüz bir hal almışdı və Avropaya qaçanların sayı artmışdı. Sultan II Əbdulhəmid, Kəşfiyyat İdarəsini ümumi və hərbi kəşfiyyatın əleyhinə daha da təkmilləşdirmişdi.[3]

İdarə ləğv edildikdən sonra yüz minlərlə kəşfiyyat məlumatı saraydan alınaraq yandırıldı.

Ulduz Kəşfiyyat İdarəsi barədə seçilmiş əsərlər[redaktə | mənbəni redaktə et]

II. Əbdülhəmid Əfsanəsi: Ulduz Kəşfiyyat İdarəsi
Türk Kəşfiyyat Tarixi: Ulduz Kəşfiyyat İdarəsi və Təşkilati-Məxsusədən MİT-ə
II Əbdülhəmidin Xəfiyyə Təşkilatı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "II. Abdülhamid'in Hatıratı". 2015-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-29.
  2. "Erdal İlter. Osmanlılarda istihbarat (XIV.-XX. yüzyıllarda)//Avrasya Dosyası, İstihbarat Özel, Yaz 2002, Cilt: 8, Sayı: 2, ss. 233-254" (PDF). 2022-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-29.
  3. "Erdal İlter. Osmanlılarda istihbarat (XIV.-XX. yüzyıllarda)//Avrasya Dosyası, İstihbarat Özel, Yaz 2002, Cilt: 8, Sayı: 2, ss. 249" (PDF). 2022-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-29.