Ulduz Saat Qülləsi - Ulduz Sarayı kompleksinə aid olan bir saat qülləsidir. II Əbdülhəmid tərəfindənn 1889-1890-cı illərdə tikilmişdir. İstanbulun Beşiktaş məhəlləsinin Ulduz səmtində, Ulduz Məscidi kompleksinin cənub-qərb tərəfində yerləşir.
Ulduz Saat Qülləsi | |
---|---|
41°02′59″ şm. e. 29°00′35″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Beşiktaş |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | II Əbdülhəmid |
Tikilmə tarixi | 1889-1890 |
Üslubu | barokko |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1890-cı ildə tikilmişdir. Şərqşünas və neogotik qarışığı olan bir dizaynı var. Küncləri qırıq bir kvadrat plan üzərində yüksələn, üç mərtəbəli qüllədir. İti və dilimli bir qübbə ilə örtülüdür. Örtük qisimində yenə dilimli kəmərli dam pəncərələri yerləşir.
Osmanlı və Neo-Gotiq stili 3 mərtəbəli və səkkizbucaqlı bir plana malikdir. İlk qatında 4 kitabə var. İkinci mərtəbədə bir termometr və barometr vardır. Ən üst mərtəbədə isə saat otağı var. 1993-cü ildə təmir edilmişdir. Dekorativ damın üzərində bir kompas dairəsi var.