Ultrasəs aşağıtezlikli disperqator

Ultrasəs aşağıtezlikli disperqatormotor yağlarıının özlülük stabilliyinin təyini üçündür.

Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu

[redaktə | mənbəni redaktə et]

Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu — Yağın istismarı zamanı tərkibində olan polimer aşqarların mexaniki parçalanması (destruksiyası) səbəbindən özlülüyün nisbi aşağı düşməsini ultrasəs aşağıtezlikli disperqator qurğusunda səslənmədən sonra ГОСТ 6794–75 (bənd 3.6) üsulu ilə təyinidir.

Ultrasəs aşağıtezlikli disperqator disperqatorunun komplektinə ultrasəsləndirici generator, 22 kHz və 44 kHz tezlikli eksponensial qatılaşdırıcı olan maqnit şüalandırıcıları, ştativ və reaksiya qabı daxildir.

Sınağa hazırlıq

[redaktə | mənbəni redaktə et]

Reaksiya qabı Б-70 markalı benzinlə, toluol və ya aseton ilə yuyulur və qurudulur. Sonra Ultrasəs aşağıtezlikli disperqator – 2T generatoru işə salınır, şüalandırıcı köynəyə su verilir, 1 dəq. az olmayaraq lampaların qızması gözlənilir. Reaksiya qabına 15 sm3 yağ tökülür və ştativə bərkidilir, sonra termostat işə salınır, generatorda 22 kHz tezliyi qeyd edilir.

Sınağın aparılması

[redaktə | mənbəni redaktə et]

"Müntəzəm tezlik" və "maqnitləşdirmə" variatorları ilə sınaq yağının maksimal kavitasiya səsinin rezonansına uyğun sistem quraşdırılır. Yağ 15 dəqiqə müddətində ultrasəs qurğusunda səsləndirilir. Səsləndirmə qurtardıqdan sonra yağın kinematik özlülüyü 1000 C-də ГОСТ-33–82-yə görə təyin edilir.

Nəticələrin işlənməsi

[redaktə | mənbəni redaktə et]

Yağın özlülük stabilliyi — ultrasəsləndirici qurğuda səsləndirmədən sonra yağın özlülüyünün nisbi azalması (%-lə) aşağıdakı formul üzrə hesablanılır:

D=νt0 — νtτ / νt0 · 100

  • νt0 –yağın səsləndirmədən əvvəl kinematik özlülüyü, 500C, mm2/s
  • νtτ — yağın səsləndirmədən sonra kinematik özlülüyü, 500C, mm2/s

Sınaq nəticəsi — iki paralel sınağın (aralarında icazəli fərq 2,5%-dən çox olmamaq şərti ilə) orta hesab qiyməti kimi qəbul edilir.

  • ГОСТ 6794–75 (bənd 3.6). səh 211–212