Ultrasurf proqramı müxtəlif qoruyucu divarları keçərək istifadəçilərə internetə daxil olduqları ərazidə filtrasiya edilmiş məlumatlara daxil olmaq imkanı verir. Ultrasurf həmçinin istifadəçilərin IP-ünvanlarını gizlətməklə onlara onlayn kimliklərini qorumağa kömək edir. Bu proqramı istifadə edilib başa çatıqdan sonra ziyarət edilmiş səhifələrin tarixçəsini pozur.[1]
Ultrasurf "Ultrareach Internet Corporation"-un məhsulu olub əsas etibarilə Çin internet istifadəçilərinin onlayn təhlükəsizlik və azadlığı üçün yaradılıb. Getdikcə Ultrasurf daha da məşhurlaşaraq dünyanın ən məşhur anti-senzura proqramına çevrilib. Hazırda milyonlarla insan onu onlayn kimliyini qorumaq və qoruyucu divarlardan yayınmaq üçün istifadə edir.[2]