Ululu Kərim (1780-ci illər) — XIX əsr Azərbaycan aşığı.[1]
Ululu Kərim | |
---|---|
Doğum adı | Kərim |
Təxəllüsü | Ululu |
Doğum tarixi | 1780-ci illər |
Doğum yeri | Ulu, Sisian rayonu, Ermənistan |
Vəfat yeri | Rеmеşin |
Dəfn yeri | Qızıl Qışlаq, Şahbuz rayonu |
Uşağı | Heydər |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycanca |
Janrlar | qoşma, gəraylı |
Ululu Kərim Vikimənbədə |
Ululu Kərim indiki Ermənistanın Sisian rayonunda mövçud olmuş Ulu kəndində doğulub. Gənc yaşlarında köçüb Remeşin kəndinə gəlmiş, ömrünün sonunadək də burada yaşamışdır. Qəbri Aşağı Remeşindən bir az aralıda mövcud olmuş Şahbuz rayonunun Qızıl Qışlaq kəndinin qəbiristanlığındadır.[2]
Ululu Kərimin müəyyən dini təhsili olsa da, ailəsini dolandırmaq üçün dəlləklik edirmiş. Görünür, bu, el şairinin ata-baba peşəsi imiş. Çünki oğlu Heydər, nəvəsi Kərimqulu və onun oğlu Heydər də dəllək işləmişlər.[3]
Yaradıcılığında qoşma və təcnislər başlıca yer tutur. Ustadnamələri məşhurdur. Şeirlərində ictimai bərabərsizlikdən, zəmanədən şikayət, dərd, qüssə-kədər motivləri ilə yanaşı, zülm və haqsızlığa qarşı etiraz da güclüdür.
Yaradıcılığından əldə olunan şeirləri bunlardır: "Dünyanın əlindən şikayətim var", "Təkha-tək", "Üşənməz", "Qaldı", "Olmaz" rədifli qoşması, "Dul arvad", "Məni gətirdin dilə", "Beynamaz", "Vücudnamə", "Müəmma" və s.
Şeirləri son illərdə çap olunmuş kitabça və toplularda Vardanlı Kərimin və Müçrüm Kərimin əsərləri kimi оxuçulara təqdim edilmişdir.[3]
Onun şeirləri səhv olaraq Salman Mümtazın, Əzizə Cəfərzadənin və AMEA-nın nəşr etdirdiyi Azərbaycan aşıqları və el şairləri kitablarında Mücrüm Kərimin adı ilə verilmişdir.