Uluqbəy zici

Zici-sultani (fars. زیجِ سلطانی‎) və ya Uluqbəy ziciTeymuri hökmdarı və alimi Uluqbəy tərəfindən 1438–1439-cu illərdə nəşr olunmuş zic astronomik cədvəli və ulduz kataloqu. Səmərqənddə yerləşən Uluqbəy rəsədxanasında Uluqbəyin himayəsi altında çalışan bir qrup müsəlman astronomunun birgə işinin məhsuludur. Bu astronomlar arasında Qiyasəddin CəmşidƏli Quşçu da var idi.

Zici-sultani
fars. زیجِ سلطانی
Müəllif Uluqbəy
Janrlar traktat, zic
Orijinalın nəşr ili 1439

Uluqbəy 1437-ci ildə ulduz ilini 365,2570370 gün (365 gün 6 saat 10 dəqiqə 8 saniyə) olaraq hesablamışdır. Bu hesablamada +58 saniyə xəta marjası var. Buna baxmayaraq, Uluqbəy daha sonra ulduz ilini 365 gün, 6 saat, 9 dəqiqə, 35 saniyə olaraq, cəmi 25 saniyəlik səhv fərqi ilə daha dəqiq ölçmüşdür. Bu, Kopernikin +30 saniyəlik səhvə yol verdiyi ölçmədən daha dəqiqdir.[1]

  1. L.P.E.A. Sédillot, Prolégomènes des tables astronomiques d'OlougBeg: Traduction et commentaire (Paris: Firmin Didot Frères, 1853), pp. 87 & 253.