Zic (fars. زيج) — günəşin, ayın, ulduzların və planetlərin mövqelərinin astronomik hesablamaları üçün istifadə olunan parametrləri cədvəlləşdirən islam astronomik kitabı.
"Zic" adı Pəhləvi dilindəki "zih" terminindən götürülmüşdür. Bu terminin toxuculuqda sapların düzülüşünə aid olduğu güman edilir. Bu da cədvəlləşdirilmiş məlumatlarda sətirlərin və sütunların düzülüşünə köçürülmüşdür. Belə kitablardan bəziləri "qanun" deyilir. Bu söz yunanca "κανών" sözündən əmələ gəlmişdir.[1]