Umeo rəsm muzeyi

Umeo rəsm muzeyi (isveş dilində:Bildmuseet) — İsveçin şimalında yerləşən Umeo şəhərində müasir incəsənət muzeyi. 2013-cü ildə muzeyi 81 267 nəfər ziyarət etmişdir [1].

Umeo rəsm muzeyi
Xəritə
Əsası qoyulub 1981
Açılış tarixi 1981
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir İsveç, Umeo şəhəri
Ziyarətçi sayı 81 267 (2013)
63°49′13″ şm. e. 20°16′34″ ş. u.
www.bildmuseet.umu.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 1981-ci ildə Umeo universitetində təşkil olunmuşdur. Muzeyin kolleksiyasına beynəlxalq və İsveç müasir uncəsənətinin nümunələri, vizual mədəniyyət, dizayn və arxitektura əsərləri daxildir [2]. Umeo rəsm muzeyində həmçinin sərgilər, mühazirələr, konsertlər, tamaşalar və digər mədəni-kütləvi tədbirlər keçirilir.

2012-ci ildə muzey İncəsənət kampusunda yerləşən yeni binaya köçürüldü və öz qapılarını tamaşaçılar üçün 19 may 2012-ci ildə açdı. Yeni rəsm muzeyi Henning Larsen Architects [3][4] firması tərəfindən inşa edilmiş yeddi mərtəbəli binada yerləşir.

Muzey binasının çöl tərəfində pəncərələr nizamsız şəkildə yerləşdirilmişdir. Binanın Ure çayına baxan pəncərələri isə ağ güllərlə bəzədilmişdir [5].

  1. "Landets museer behöll sin starka roll under 2013" (PDF). Riksförbundet Sveriges museer. 7 januari 2014. 2014-07-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 juni 2014.
  2. About Bildmuseet Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine www.bildmuseet.umu.se Retrieved 2013-08-30
  3. Project information and gallery Arxivləşdirilib 2014-09-28 at the Wayback Machine www.henninglarsen.com Retrieved 2013-08-30
  4. Henning Larsen Architects' New Umeå Art Museum in Sweden is Bathed in Cool Nordic Light Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine www.inhabitat.com Retrieved 2013-08-30
  5. 2014 Capital of Culture: highlights of Umeå, Sweden Arxivləşdirilib 2014-06-06 at the Wayback Machine, Telegraph, retrieved 6 May 2014