Umm-əl-Buaqi

Umm-əl-Buaqi (ərəb. أم البواقي‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Umm-əl-Buaqi
35°52′14″ şm. e. 7°06′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 902 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Telefon kodu +213 32
Poçt indeksi 04000
Xəritəni göstər/gizlə
Umm-əl-Buaqi xəritədə
Umm-əl-Buaqi
Umm-əl-Buaqi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Roma dövründə qurulmuşdur, 411-ci ildə Karfagen kafedralının sənədlərində "Makomada" və ya "Makomadiya" adı ilə qeyd edilmişdir.[1] Fransa hökmranlığı dövründə şəhər general Fransua Sertin Kanrobertin şərəfinə Kanrobert adlandırılmışdır. Ölkə müstəqillik əldə etdikdən sonra indiki adını almışdır. Bu ad ərəb dilində "yerlilərin anası" mənasını verir. Alimlərə görə, bu, şəhərin bərbər dilindəki adının təhrid edilmiş variantıdır.[2]

Coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Şəhər vilayətin mərkəzi hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir.[3]

Umm-əl-Buaqi ölkənin paytaxtı Əlcəzairdən təxminən 375 kilometr şərq-cənub-şərqdə yerləşir.

Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 80,359 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[4]

1977 1987 1998 2008 2012
15,123 36,937 59,795 80,359 94,507

Eyniadlı hava limanı şəhərdən 7 kilometr şərqdə yerləşir.[3]

  1. "L'étymologie du mot « Macomades », ancien nom de la ville d'Oum El Bouagui" (fransız). inumiden.com. 2015-07-13. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
  2. "Oum El Bouaghi ou l'absurdité d'un toponyme" (fransız). Inumiden.com. 2016-06-21. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
  3. 1 2 "Oum el Bouaghi, Algeria Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  4. "Oum Bouaghi" (ingilis). World Gazetteer. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.