Umm-an-Nasan

Umm-an-Nasan adası (ərəb. جزيرة المحرق[1]) — Bəhreyn dövlətinin sahəsinə görə dördüncü ən böyük adası. İnzibati cəhətdən Şimal inzibati vahidliyə daxildir.

Umm-an-Nasan adası
ərəb. جزيرة أم النعسان
Ümumi məlumatlar
Sahəsi 20 km²
Uzunluğu
  • 6 km
Eni 4 km
Sahil uzunluğu 19 km
Hündür nöqtəsi 3 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
26°09′00″ şm. e. 50°24′00″ ş. u.
Ölkə  Bəhreyn
Akvatoriya
Umm-an-Nasan adası xəritədə
Umm-an-Nasan adası
Umm-an-Nasan adası

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Umm-an-Nasan bir səhralıqdan ibarət olan adadır. Əsas adadan 2,5 km şimal-qərbdə yerləşir. Səudiyyə Ərəbistanının Əl-Hubar şəhəri ilə arasında məsafə 16,5 km-dir. Ada özü düzbucaqlı formasına malikdir. Şimaldan cənuba 5,5 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahəsi 20 km², sahil xətdinin uzunluğu 19 km, maksimal hündürlüyü isə 3 metrdir. 2010-cu il məlumatına görə adada 10 nəfər yaşayırdı. 2014-cü il siyahıya alınmasına görə adada yaşayış yoxdur. Ada Bəhreyn kralı İsa Əl-Xəlifənin xüsusi mülkiyyətindədir. Bura adi vətəndaşların girişi qadağandır[2].

Adanın şimalından Kral Fəhd körpüsünə gedən yol keçir. Bu sahədə 0,3 km² bağ sahəsi salınmışdır. Burada kralın 3 sarayından biri yerləşir. Digər daha dəbdəbəli srayları isə adanın cənub-qərb və cənubundadır. qərb sarayının ətrafında 0,7 км² ərazidə dgər bir bağ salınmışdır. Körpüdən başqa burada kralın saraylarına aparan 5 və 3 km uzunluğunda yol salınmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]