Unkov daşları[1] — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Vladivostokndan 50 km cənub-şərqdə, Naxodkandan 40 km qərbdə yerləşir.
Unkov daşları | |
---|---|
rus. Камни Унковского | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,0584 km² |
Hündür nöqtəsi | 40,8 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
42°49′ şm. e. 132°21′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Ada uzaq Şərq araşdırmaçısı, rus admiralı İvan Unkovun şərəfinə adlandırılmışdır.
İnzibati baxımından Primorsk diyarı Fokino şəhər dairəsinə daxildir. Askold boğazının tən ortasındadır.
Dörd kiçik adacıqdan ibarətdir. Onlardan üçü gilli dilllərlə bir-birinə birləşir. Adadan 720 m şimal-şərqdə Balkani daşı yerləşir.
Adaların ümumi sahəsi 5,84 ha və ya 0,0584 km²-dir. Əsasən qayalıqdan ibarətdir. Ən hündürü 40,8 metrdir. Şirin su mənbəyi yoxdur. Ərazisi əsasən ot və kol bitkiləri ilə örtülmüşdür. Naviqasiya üçün olduqca böyük təhlükə doğurur. Bu səbəbdən üzərində naviqasiya işarəsi qoyulmuşdur.