Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi[1]
Alpert Tibb Məktəbi | |
---|---|
41°49′08″ şm. e. 71°24′29″ q. u.HGYO | |
Əsası qoyulub | 1972 |
Ölkə | |
Sayt | med.brown.edu |
Vikianbarda əlaqəli mediafayllar |
1811-ci ildə yaradılmışdır.[1]
1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.[1]
2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir.[1] Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur.[1]
Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir.[1] Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.[1]
Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.[1]
Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir.[1] Ümumilikdə, tibbi təhsil burada 8 ildir.[1] Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir.[1]
Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.[1]