Uozu Gömülü Meşə Muzeyi (魚津埋没林博物館, Uozu Maybotsurin Hakubutsukan?) – Yaponiyanın Toyama prefekturasının Uozu şəhərində yerləşən muzey. Muzey şəhərdə kəşf edilmiş gömülü meşənin qalıqlarına və Toyama körfəzində müşahidə olunan ilğım hadisəsinə həsr olunmuşdur.
Uozu Gömülü Meşə Muzeyi | |
---|---|
Əsası qoyulub | 1955 |
Mövzu | Uozu gömülü meşəsi[d], ilğım |
Ölkə | |
Yerləşir | Uozu[d] |
36°49′21″ şm. e. 137°23′42″ ş. u.HGYO | |
city.uozu.toyama.jp/nekk… | |
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu ildə liman tikintisi zamanı dəniz yatağının altında qalmış bütöv bir meşənin qalıqları kəşf edilmişdir. Əsasən yapon sidrlərindən ibarət olan bu meşə təxminən 2000 il əvvəl dəniz səviyyəsinin qalxması və çay daşqınları səbəbilə gömülmüşdür.[1]
Uozu Gömülü Meşə Muzeyi bu meşənin qalıqlarını nümayiş etdirmək məqsədilə 1955-ci ildə orijinal qazıntı işlərinin yerində açılmışdır. 1992-ci ildə muzeydə əsaslı yeniləmə işləri aparılmışdır.[2] Muzey 2014-cü ildə yaradılmış Tateyama Kurobe geoparkının əsas təsisatlarından biridir.[3]
Muzey fərqli dizaynda olan 3 binadan ibarətdir. Hər bir bina Uozo şəhərinin tarixinə aid üç əsas şeyi təmsil edir: Tatemon festivalı, sidr ağacı və zaman kapsulu.[4]
Muzeydə Uozu gömülü meşəsinin kökləri və digər qalıqları (toxumlar, cücülər və s.) sərgilənir. Bu guşədə ziyarətçilər gömülü meşələrin yaranması və xüsusiyyətləri haqqında ümumi məlumatlar ala, eləcə də, gömülü ağacları digər ağaclarla müqayisə edə bilərlər.[5]
Muzeyin ilğım guşəsi Toyama körfəzində müşahidə olunan ilğım fenomenini izləmək üçün də nəzərdə tutulub. İlğımı müşahidə etmək üçün "Şinkiro" adlı proqram və xüsusi zal yaradılmışdır.[2] Bu guşədə ilğımların yaranma mexanizmi nümayiş etdirilir. Ziyarətçilər burada "kiçik ilğımlar" yaratmaq imkanına malikdirlər.[6] Muzeyin şimalında Toyama körfəzinin ilğım fenomenini müşahidə etmək üçün hündür yer yaradılmışdır.[7]