Upanişadlar (sanskr. उपनिषद्, UpaniṣadIAST) — dini-fəlsəfi xarakterə malik qədim hind traktatları. Bunlar Vedalara bir əlavədir və Şrutinin Hinduizm müqəddəs mətnlərinə aid olan kitablara aiddir. Əsasən Tanrının fəlsəfəsini, düşüncəsini və təbiətini müzakirə edilir. Vedaların əsas mahiyyətinin Upanişadlarda olduğu güman edilir - buna görə də onlara "Vedanta" (Vedaların bitməsi) deyilir və Vedantik Hinduizmin əsasını təşkil edir. Upanişadlar əsasən simasız Brahmanı təsvir edir.
Brahmanın zamanında (eramızdan əvvəl 800-500-cü illərdə) qurban etmək dini adət-ənənəsi ifrat nöqtəsinə çatdı və onun genişlənməsilə dinin ən dərin düşüncəli və mənalı məsələləri belə unudulmağa başlanıldı. Atın və digər canlıların qurban kəsilməsi ölkənin iqtisadiyyatına böyük zərbələr vurdu və şahlıq xəzinəsi boşaldı. Elə buna görə də, Brahmanlar çıxış yolunun yalnız dində referendumun aparılmasında və yeniləşdirilməsində gördülər. Onlar meydana iki növ ideologiya çıxartdılar:
Upanişad daha böyük şöhrət qazandı. Bu kitab ilk dəfə alim, incəsənətçi və arif şahzadə olan Hindistanın müsəlman padişahı Şah Cahanın oğlu Daraşukuhun zamanında İslam irfanı ilə Hinduizim arasındakı oxşar cəhətləri çatdırmaq məqsədi ilə hicri-qəməri tarixi ilə 1067-ci ildə fars dilinə tərcümə olunmuşdur. Bu kitabı “Böyük sirr” adlandırmışdılar. (Əcnəbilərin Upanişadla ilk tanışlığı da elə bu kitabın köməkliyi ilə baş tutmuşdur).
Upanişad Vedanta, yəni “Vedaların sonu” adı ilə də adlandırılmışdır. Bu kitab Vedaların daxilini açıqlayır və insanların diqqətini zahiri yayınmalardan mənəvi böyüklüyə və batini məzmunlara diqqət yetirməyə çağırır. Qeyd etdiyimiz bu kitab bütün dünyada tanınmış kitablardan biridir.