Uqbə ibn Əmir əl-Cuhani (Ərəbistan yarımadası – 678, Misir, ərəb. عقبة بن عامر) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Dəməşq uğrunda döyüşdə iştirak etmiş, Misirin fəthi zamanı və Rodosa qarşı yürüşdə müsəlman ordusuna komandanlıq etmişdir. Əbu Həmmad və ya Əbu Əmir ləqəbləri ilə tanınmışdır.[1]
Uqbə ibn Əmir əl-Cuhani | |
---|---|
ərəb. عقبة بن عامر الجهني | |
Doğum yeri | |
Vəfat tarixi | 678 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d], vali[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi gün Uqbə ibn Əmir səhrada qoyunlarını otarırdı. Peyğəmbərin gəlişindən xəbər tutan Uqbə ibn Əmir qoyunlarını atıb dərhal onu qarşılamağa yola düşür. Məhəmmədi görən Uqbə ondan beyəini qəbul etməsini istəyir.
Uqbə bir kölgə kimi Məhəmməd peyğəmbərin ardınca geir. O, tez-tez qatırının cilovunu tutur, ya da onun yanında yeriyirdi. Çox vaxt Peyğəmbər onu arxasına oturturdu, ona görə də Uqbə hətta "arxada gedən" ləqəbini də almışdı. Bəzən Muhəmməd Uqbəyə yer etmək üçün qatırdan düşür, özü də piyada gedirdi.
Məhəmməddən bilavasitə elm alan o, mükəmməl Quran mütaliəsi, hədis ravisi və irs (miras) sahəsində alim-ilahiyyatçı olmuşdur. O, həm də məşhur yazıçı, dilçi və şair idi. Uqbə ibn Əmir (Misir) məscidində yaxın vaxtlara qədər Quranın öz əli ilə yazılmış nüxsəsi var idi. Əlyazmanın sonunda "Uqbə ibn Əmir əl-Cuhani tərəfindən yazılmışdır" sözləri qeyd olunur. Bu əlyazma Quranın məlum olan ən qədim əlyazmalarından biri idi. Lakin təəssüf ki, bu əlyazma hazırda itmiş sayılır.
Uhud və müsəlmanların müşriklərə qarşı digər döyüşlərində iştirak etmişdir. Dəməşqin fəthi zamanı göstərdiyi şücaət və xidmərlərə görə Əbu Übeydə ibn Cərrah Uqbə ibn Əmiri yeni qələbənin sevincli xəbərini çatdırmaq üçün Xəlifə Ömərin yanına göndərərək mükafatlandırır. Dəməşqdə Babtum rayonunda yaşayırdı. Misirin fəthi zamanı müsəlman ordularının sərkərdələrindən biri olmuşdur. I Müaviyə ibn Əbu Süfyan onu Misirin valisi vəzifəsinə təyin edir və üç il orada qalır. Qahirənin əl-Mukattam dağının yamacındakı sarayda məskunlaşır. Sonra Rodos adasına başladılan kampaniyanın komandiri olaraq göndərilir.
Bir müddət Bəsrədə yaşaır. O, Siffeyn döyüşündə Müaviyə tərəfində iştirak etir.
678-ci ildə Misirdə olarkən Uqbə ibn Əmir əl-Cuhani ölümcül xəstələnir. Ölümündən əvvəl övladlarına üz tutaraq nəsihət edirdi: "Ey övladlarım, yaxşı xatırlayın ki, mən sizə üç şeyi vəsiyyət edirəm: Allahın Rəsulu haqqında hədisi ancaq onun səhihliyinə əmin olduqdan sonra qəbul edin; yarıçılpaq getsəniz belə, heç vaxt borc almayın; Şeir yazmayın, çünki o, qəlbi Qurandan yayındırır". Qahirədə əl-Mukattam dağının yamacında dəfn edilir. O, miras olaraq yetmişdən çox yay qoyur ki, hər birində bir ox olan oxluq da var idi.