Uriel Yekutiel (ivr. אוריאל יקותיאל) — İsrail aktyoru, rəqqas və ifaçısı. Aktyor səhnə adı istifadə etmədən draq şoular təşkil edir. Feminin və maskulin obrazları özündə birləşdirən ilk İsrail aktyorudur. O, pariksiz və bığla makiyajlı obrazı ilə məşhurlaşmışdır.[1] O, həm də Mizrahi üslublu partilərin aparıcısıdır.
Uriel Yekutiel | |
---|---|
ivr. אוריאל יקותיאל | |
| |
Doğum tarixi | |
Milliyyəti | yəhudi |
Vətəndaşlığı | İsrail |
Fəaliyyəti | rəqqas |
Tanınma səbəbi | Arisa şousu |
Vikianbarda əlaqəli mediafayllar |
Uriel Yekutiel Tel-Əviv yaxınlığındakı Herzliya şəhərində dörd nəfərdən ibarət ailədə böyümüşdür. Anası 1990-cı ildə aktyorun iki yaşı olarkən sui-qəsd nəticəsində vəfat etmiş, atası isə təhlükəsizlik və silah mütəxəssisi kimi çalışmışdır. 2001-ci ildə on üç yaşında ikən Yekutiel ailəsi və dostlarına kaminq-aut etmişdir.[2] On yeddi yaşı tamam olduqda Yarin Şahafın yanında makiyaj və qrim sənətini öyrənməyə başlamşdır. Məktəbi bitirdikdən sonra o, İsrail Hərbi Hava Qüvvələrində xidmətə başlamış, lakin səhhəti ilə bağlı qısa müddət sonra xidmətdən azad edilmişdir. Bundan sonra İngiltərəyə köçən Yekutiel, iş icazəsi olmadan ticarət sahəsində çalışmağa başlamışdır. Məhz həmin dövrdə o, ilk dəfə rəqqaslarla tanış olmuş və rəqslə məşğul olmaq istədiyini anlamışdır.
İsrailə qayıtdıqdan sonra o, Tel-Əvivin müxtəlif klublarında qadın geyimi və makiyajla, lakin bığlarla çıxış etməyə başlamışdır. Arisa parti xətti ilə çıxışları onun qısa zamanda gey cəmiyyətində məşhurlaşmasına səbəb olmuşdur. 2001-ci ildən müxtəlif ifaçılarla və tək ifaları ilə şərq musiqisi musiqi klipləri çəkməyə başlamışdır.[3][4] Həmin layihə çərçivəsində sənətçinin Zehava Ben, Etti Levi, Marqalit Tzanani, Lior Narkis, Omer Adam, Sarit Hadad kimi ifaçılarla birlikdə musiqi videolarında çıxış etmişdir.
2011-ci ilin noyabrında LGBT cəmiyyətini heyrətə salan dörd intihar hadisəsindən sonra Uriel Yekutiel "Hər gecədən sonra gün doğar" adlı kompaniyanın təşkilində iştirak etmişdir.[5][6]
2012-ci ildə İsrailin Hot 3 telekanalında yayımlanan "Ana və ata" (ivr. אמא ואבאז) adlı teleserialda Yekutiel Erezin dostu Sami rolunu canlandırmışdır. 2014-cü ildə Yekutiel yaxın dostu Tom Baumla birlikdə "Milyon ovunda" (ivr. המירוץ למיליון) adlı realiti-şouda iştirak etmişdir. Onlar şouda ikinci yer tutmuş, elə həmin il də birlikdə Marqalit Tzananinin "Bu sənə Avropa deyil" (ivr. פה זה לא אירופה) adlı mahnısı üçün klipə çəkilmişdir. 2015-ci ilin iyununda Omer Millerin İsrailin Channel 2 telekanalında yayımlanan tok-şousunda iştirak etmişdir.
2015-ci ildə Bar Rafaeli ilə birlikdə "Karolina Lemke"nin layihəsində iştirak etmişdir. 2016-cı ilin Pesaxında Adi Himelbloy, Dar Zuzovski, Tuval Şafir və başqaları ilə birlikdə "Nəzarətdən kənar" adlı teleşouda iştirak etmişdir.
2016-cı ilin yayından Yekutiel, İsrail Hava Limanları İdarəsinin əsas reklam kompaniyasına rəhbərlik edir. Bundan başqa, Liron Revivo ilə birlikdə, Channel 2 telekanalında yayımlanan "Mükəmməl tətil" verilişinin aparıcısıdır.