Ursiniya (lat. Ursinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ursiniya | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Ursiniya |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Bu cins "dendrologiya" dərsliyinin müəllifi İ.X.Ursinusun (1608-1666) şərəfinə adlandırılmışdır.Gülçülükdə Ursiniya cinsinin 2 növündən istifadə olunur.Gözəl ursiniya (U.speciosa) yabanı halda Cənubi Afrikada bitir.Hündürlüyü 40 sm-ə çatan budaqlı bitkidir.Səbətşəkilli hamaşçiçəyin mərkəzində yerləşən boruvari çiçəkləri sarı,dilcikli çiçəkləri isə ağ ya da sarı rəngdədir.Müxtəlif rəngli ursiniyanın (U.versicolor) hündürlüyü 50 sm-ə çatır.Bu növ bitkilərin hamaşçiçəklərində boruvari gülləri darçını,dilcikli çiçəkləri isə sarı rəngdədir.Dilcik çiçəklərin oturacağında tünd xal vardır.Bitkini toxumla çoxaldırlar.Cücəertiləri 25x25 smsxemi üzrə seyrəkləşdirirlər.Ursiniyadan yaşıllaşdırmada müxtəlif kompozisiyalar yaratmaq olar.O, kəsilmiş halda uzun müddət qalır.Bitki qruplarda,qarışıq əkinlərdə və qazonlarda gözəl görünür.
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |