Urunos yarımadası

Ördək adası[1] və ya əvvəlki vəziyyətinə uyğun olaraq əvvəlki adı Urunos yarımadası[2]Azərbaycana aid ada. Xəzər dənizindəki Çilov adasının şimal-qərbində yerləşir. Şimal-qərbə istiqamətlənmişdir.

Ördək adası (Urunos yarımadası)
Yerləşməsi
40°20′43″ şm. e. 50°32′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Ördək adası (Urunos yarımadası) xəritədə
Ördək adası (Urunos yarımadası)
Ördək adası (Urunos yarımadası)

Ördək adası suyun səviyyəsinin qalxması nəticəsində hazırda ada formasında olsa da, suyun səviyyəsinin az olduğu dövrlərdə Çilov adasının yarmadası idi. Okean səviyyəsindən -26 metr (-85 fut) aşağıda yerləşir. Çilov adasının şimal-şərq hissəsində də eyni formaya malik yarımada vardır. Hər iki yarımada arasında dayaz körfəz yerləşir. Yarımadanın sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. 1939-1977-ci illərdə Xəzər dənizinin səviyyəsinin enməsi ilə Ördək adası Çilov adasına birləşmiş və yarımadaya çevrilmişdir. 1978-ci ildən isə dənizin səviyyəsi qalxır. Bu səbəbdən Ördək adasının sahəsi kiçilməklə yanaşı Çilov adasından ayrılmışdır.

  1. Abşeron Arxipelaqı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 58. ISBN 978-9952-441-02-4.
  2. "Urunos yarımadası". 2014-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.