Urusbiyevlər və ya Urusbəyləri ( Qaraç-balk:Орусбийлары) - balkar əsilzadə soyu.[1] [2]Bu soy balkarların milli mədəniyyətlərinə görkəmli nümayəndələr bəxş edib. [3]
Urusbiyevlər | |
---|---|
| |
Titul | dağ bəyi |
Əcdadı | Çepelleu Urus bəy oğlu Sunşyov |
Mənşəyi | balkarlar |
Torpaqları | Basxan dərəsi, Mingi tau tirəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Urusbiyevlər soyu Bezengiyev dağ bəylərindən olan Suynyuşleri (rus. Sunşevlər nəslindən törəyib.
Qədim parad musiqilərində adı çəkilən Baksanuko Sunşevin nəvəsi Çepelleu Urus bəy oğlu Sunşev tək olduğu üçün və öz həyatı üçün qorxduğu üçün anası ilə birlikdə XVIII əsrin sonunda ilk olaraq anasının qohumları olan Çegem icmasına gedir. Daha sonra yetkinləşib ətraf ərazilərlə tanış olduqdan sonra o Bezengini tərk edərək öz özdənləri və təbəələri və onların ailələri ilə birlikdə Basxan dərəsinə köçür. Köçdüyü ərazi kabardin knyazları Atajukinlərin ərazisi ilə həmsərhəd idi və "Kamık" adlanırdı. Köçdükdən sonra ilk illər Çepelleu öz ana qohumları olan çegem dağ bəylərindən dəstək alırdı. Zaman keçdikcə Çepelleu və onun törəmələrindən Urusiyevlər soyu formalaşır. Soy öz adını Çepelleunun atası Urus bəy Sunşevdən alıb.
Bu soydan yaranan qollardan biri də Danaşları (rus. Danaşevı) nəslidir. Urusbiyevlərdə olduğu kimi bu nəsil də öz adını əcdadının adından, Danaşa Urusbiyevdən alıb. Bu nəslin davamçıları hazırda müasir Qaraçay ərazisində yaşayırlar.