Uryanxay diyarı (tıva Таңды Урянхай , çin. 唐努烏梁海, sadələşdirilmiş çincə : 唐努乌梁海, pinyin:Tángnǔ Wūliánghǎi) — bölgənin 1914-1921-ci illərdə ruslar tərəfindən qoyulmuş adı. 1912-ci ilə qədər diyar Çini idarə edən, mancur Tzin sülaləsinin hakimiyyəti altında olub və "Tannu-Uryanxay" adını daşıyıb.[1]
Tarixi dövlət | |||
Uryanxay diyarı | |||
---|---|---|---|
tıva Таңды Урянхай | |||
|
|||
|
|||
Paytaxt | Belotsarsk | ||
Dilləri | Tıva dili, rus dili | ||
Rəsmi dilləri | tıva dili, rus dili | ||
Dövlət dini | Tibet buddizmi, Şamanizm, şərqi ortodoks xristianlıq | ||
Valyuta | qızıl rubl[d] | ||
Əhalisi | 60.000 |
"Uryanxay" termini monqolcadır. XVII və XX əsrin əvvəllərində rus sənədlərində tuvalılar uryanxay, uryanxaylı kimi adlandırılıblar.[2] Uryanxay diyarı haqqında ilk məlumat 1616-cı ildə Altan xanlar dövlətinə göndərilmiş rus səfirləri, V.Tyuments və İ.Petrov tərəfindən verilib. 1838-1839-cu illərdə bu diyara rus qızıl axtaranları gəlməyə başlayırlar. Onlar Böyük və Kiçik Alqiyak çaylarında qızıl axtarmağa başlayırlar. 1903-1904-cü illərdə bölgənin folklorunu F.Kon öyrənirdi. 1870-ci ildən etibarən bölgəyə rus kəndlilərin köçürülməsinə başlanılır və artıq 1909-cu ildə burada 9 min rus yaşayırdı. 1906-1910-cu illərdə rus hökuməti Uryanxay diyarına təbii sərvətləri kəşf etmək məqsədilə bir neçə ekspedisiya təşkil edir.[1]
Çində baş tutmuş Sinxay inqilabından sonra 1912-1913-cü illərdə Tuva noyonları (ambın-noyon Kombu-Dorju, Çamzı Xambı-lama, noyon Daa-xoşuna Buyan Badırqı və digərləri) bir neçə dəfə çar hökumətinə Tuvanın Rusiya protektoratına keçməsi ilə bağlı müraciətlər etmişdilər.
4 aprel 1914-cü ildə Uryanxay diyarının 5 xoşunu (bölgə) üzərində Rusiya protektoratı quruldu. Diyar Yenisey quberniyasının tərkibinə daxil edildi. Tuvadakı siyası və diplomatik işləri aparmaq isə İrkutsk general-qubernatoruna tapşırıldı. Diyarın idarəetməsi formal oalraq ambın-noyanın əlində idi. Faktiki olaraq isə diyarı Uryanxaydakı rus komissarı və köçürülmə idarəsinin məmuru idarə edirdi. Onların mərkəz şəhəri 1914-cü ildə Belotsarsk qəsəbəsi oldu.[3] Diyarın əhalisi o dövrdə 73 min nəfər idi.[4]
Uryanxay diyarı inzibati olaraq 7 xoşuna bölünürdü. Bunlar Beyse, Daa, Maadı, Oyunnarsk, Salçaksk, Todjinsk və Çoodu xoşunlarıdır. 1921-ci ildə burada Tannu-Tıva Xalq Respublikası elan edildi.[2] 1926-cı ildən isə bu dövlət Tuva Xalq Respublikası adlandırılmağa başladı. 1944-cü ildə respublika RSFSR ərazisinə Tuva muxtar vilayəti kimi daxil edildi.[2] 1961-ci ildə Tuva MSSR, 1992-ci ildən Tuva Respublikası, 1993-cü ildən Tıva Respublikası adlandırılıb.[5]