Useyd ibn Hudeyr

Useyd ibn Hudeyr (Mədinə640, Mədinə, ərəb. أسيد بن حضير‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun doğum tarixi məlum deyil. O, Mədinənin Evs qəbiləsinin Bənu Əbdüleşhel qolundandır. Peyğəmbərin Mədinəyə Quranı öyrətmək üçün göndərdiyi Musab ibn Umeyr vasitəsilə müsəlman olur. O, öz qəbiləsini təmsil edərək İkinci Əqabə beyətində iştirak edir.

Useyd ibn Hudeyr
Doğum yeri
Vəfat tarixi 640
Vəfat yeri
Dəfn yeri

Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Savadlı olduğu üçün vəhy xadimi işləyirdi. Onun Quranı gözəl səslə oxuduğu, mələklərin onu dinləməyə gəldiyi haqda hədislər vardır. Useyd hicrətin 20-ci ilinin Şaban ayında vəfat edir. Onun tabutunu Ömər bin Əl-Xəttab daşımışdır. O, Bəqi qəbiristanlığında dəfn edilir[1]

  1. "USAID IBN HUDAIR". IslamBasics.com (ingilis). 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.