«Utanc» (ing. Shame) — Rejissor Stiv Makkuinin 2011-ci ildə dram janrında çəkdiyi film. Baş rollarda Maykl Fassbender və Keri Melliqan oynamışlar. Film, Film4 və See-Saw Films şirkətlərinin birgə istehsalı ilə ekranlaşdırılmışdı. Çoxlu sayda erotik səhnələrin olmasına görə ABŞ-də filmə NC-17 kinoreytinqi verilərək, 2011-ci ildə məhdud sayda satışa buraxılmışdı [11][12]. Böyük Britaniyada Utanc 13 yanvar 2012-ci ildə satışa buraxılmışdı[13]. “Utanc” filmi 17 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 4 milyon dollar reklam büdcəsinə malik olmuşdur.[14]
Utanc Shame | |
---|---|
ing. Shame | |
Janr | dram filmi |
Rejissor | Stiv Makkuin |
Prodüserlər | |
Baş rollarda |
Maykl Fassbender Keri Melliqan Ceyms Bec Deyl Nikol Bexari |
Operatorlar |
Yen Kenninq Emil Şerman |
Bəstəkar | Harri Eskott |
Rəssamlar |
Cudi Bekker Çarlz Kulziski Devid S. Robinson |
Quruluşçu rəssam | Cudi Bekker[d] |
İstehsalçılar | UK Film Council[d], See-Saw Films[d], HanWay Films[d] |
Distribütor | Searchlight Pictures[d] |
İlk baxış tarixi | 2 dekabr 2011[7], 1 mart 2012[8], 6 yanvar 2012[9], 23 fevral 2012[10] |
Filmin növü | Bədii film |
Müddət | 101 dəq.[1] |
Büdcə |
4.2 milyon £ (təxminən 6.5 milyon $)[2][3], Ümumi gəliri — 17,693,675 $[4] |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Dil | İngiliscə |
İl | 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID1723811 |
Brendon (Maykl Fassbender) müvəffəqiyyətli, yaraşıqlı reklam icraçısıdır və hiperseksual həyata malik bu şəxs Nyu-York şəhərində yaşayır. Uğursuz ailə həyatına və zahirən heç bir yaxın dostunun olmadığına görə, Brendon özünün artan gizli seksual fantaziyalarından asılı vəziyyətə düşür. Onun çalışdığı şirkətin kompüter sistemi virus təhlükəsi altına düşür; Brendonun kompüterinin sərt diskini təmizləyərkən, onun yükləmə tarixçəsində çoxlu sayda pornoqrafik saytların olduğu məlum olur, məhz bu pornoqrafik saytların birində də virus aşkar edilir.
Brendon və onun şirkət rəhbəri Devid (Ceyms Bec Deyl) birlikdə bara gedərək orada 3 qadınla tanış olurlar. Devid çox içki içdiyindən sərxoş olur və Brendon onu taksiyə mindirir. Sonra isə barda tanış olduğu qızla sekslə məşğul olur. Evə gəldikdə Brendon hamamdan musiqi səsi eşidir və elə bilir ki, bu qarətçidir. Lakin gözlənilməz qonağı onun bacısı Sisi (Keri Melliqan) olduğu məlum olur. Sisi şəhərdə müğənni kimi çalışaraq arada bir kiçik konsertlər verir və indi Brendondan onun evində bir müddət qalmağa icazə verməsini xahiş edir; daha sonra isə bacısının telefonla sevgilisindən onu atmamağı yalvardığını eşidir. Sissinin ziyarəti Brendonun qıcıqlandırır, çünki Sissi emosional köməyə möhtac olduğundan Brendonun şəxsi həyatına müdaxilə edərək onu əsəbləşdirir.
Brendonun onunla birgə işləyən Mariannadan (Nikol Behari) xoşu gəlir. Onlar iş zamanı bir-biri ilə münasibət qururlar və Brendon onu nahara dəvət edir. Nahara gedən zaman, Brendon dayanaraq çoxmərtəbəli otel binasının mərtəbələrinin birində iki sevgilinin aynanın arxasında sevişdiyini görür. Marianna Brendonla restoranda nahar edir və bu yaraşıqlı cütlük arasında yaranan sevgi haqqda söhbətləri hiss edilmədən daha da şəxsi səviyyəyə çatır: Marianna, hələ bu yaxında sevgilisindən ayrılmasına baxmayaraq, sevgi hisslərinə çox pozitiv yanaşır, Brendon isə nikahı sevmir və etiraf edir ki, onun qadınlarla olan əlaqələri 4 aydan çox sürməyib. Cütlük bir-birinə maraq hissi ilə yanaşsa da gecənin sonunda onlar öpüşsüz bir-birindən ayrılaraq hərə öz evinə gedir və bu kövrək anlar Brendona dönüş nöqtəsi kimi görünür.
Növbəti gün, işdə Brendon Mariannanı öpür və onlar həyəcanlı halda özləri üçün iki gün məzuniyyət götürürlər. Brendon onu bir neçə gün əvvəl gördüyü otelə gətirir. Otel otağında onlar bir-birini oxşayırlar və öpüşərək əsəbi və ehtiraslı halda sekslə məşğul olmağa çalışırlar, amma göründüyü kimi Brendon öz ereksiyasını saxlaya bilmir və bundan çox üzülür. Marianna da bir az bundan kədərlənir, lakin o bunu anlayaraq, heç bir problemin olmadığını deyir. Cinsi əlaqənin alınmaması Brendon üçün dönüş nöqtəsinə çevrilir, çünki o qəti sürətdə Marianna və ya kiminləsə daha həmişəlik birləşə bilməyəcəyini anlayır. Marianna oteldən getdikdən sonra, Brendon həmin gün oraya fahişə qadın çağıraraq aynanın önündə onunla sevişir. Qadın əynini geyinib oranı tərk etdikdən sonra Brendon özü üçün gərar verərək, heç bir qadını sevə bilməyəcəyini, onun üçün seksin sadəcə həzz almaq üçün bir vasitə olacağını anlayır.
Brendon metro ilə evə gələn zaman stansiyaların birində qatar rəisi, metroda özünəqəsd etmək istəyən insanın olduğunu deyərək sərnişinləri qatarı tərk etməyə xahiş edir. Ümidsizcəsinə o Sissiyə zəng etməyə çalışır, lakin bacısı telefonu götürmədiyindən Brendon nəyinsə baş verdiyini hiss edib evə qaçır. Evə gəlib çatdıqda, bütün vanna otağının qan içində olduğunu, bacısının isə öz damarlarını kəsərək orada yıxıldığını görür. Brendon tez telefonla təcili yardım çağırır. Sissi sağ qalır və Brendon xəstəxanada bacısına təsəlli verir. Xəsətxanadan ayrıldıqdan sonra, o yerə yıxılaraq və yağış altında höhkürtü ilə ağlayır.
Bir müddət sonra, Brendon filmin əvvəlində metro qatarında onun qarşısında oturan qadını görür və bu dəfə o yalnız bir nişan üzüyünü geyinir. Brendon gözünü ondan çəkməyə çalışır, lakin o, ona gözlərini dikərək gülümsəməyə davam edir. Qadın qatarı tərk etmək üçün qapının ağzında dayanır və Brendon ixtiyarsızcasına öz yerində oturaraq ona baxmağa davam edir. Qatar artıq stansiyaya yaxınlaşır və bütün bu səs-küy içərisində film qara rəng alaraq, izləyiciyə Brendonun növbəti qərarının nə olacağını düşünməyə imkan yaradır.
Aktyor | Rol |
---|---|
Maykl Fassbender | Brendon Sallivan |
Keri Melliqan | Sisi Sallivan |
Ceyms Bec Deyl | Devid |
Nikol Behari | Marianna |
Lüsi Uolters | Metrodakı qadın |
Aleks Manett | Stiven |
Hanna Uer | Samanta |
Makkuin öz yaxın dostu və prodüseri Yen Kenninqlə hələ 2008-ci ildə Aclıq filminin birgə istehsalında çalışmışdırlar və buna görə də Utanc filmini yaratmaq məqsədilə onlar yenidən birləşərək See-Saw Films şirkətinin köməyi ilə çəkilişlərə başlamağa qərar vermişdirlər. Kenninq Aclıq filmində baş rol almış Maykl Fassbenderi Utanc filmində çəkilmək üçün dəvət edərək bildirmişdir ki, o yalnız Mayklı bu baş rolda görür[15]. Fassbenderin xarakterinə uyğun olaraq, 2010-cu ildə filmin çəkilişlərinə həmçinin Keri Melliqan (kiçik bacı roluna) və Ceyms Bec Deyl (boss) də qoşulmuşdular[16]. Filmin orjinal ssenarisi hazırlamaq üçün Kenninq həmçinin müəllif Ebi Morqanı da çəkilişə dəvət edir. Bu Ebinin Film4 şirkəti ilə çalışdığı 2 filmdən biri idi (onun digər işi isə Dəmir Ledi filmi idi)[17].
Filmin çəkilişləri 2011-ci ilin yanvar aylarında Nyu-York ətrafında düzənlənməli idi[16]. Fassbender, daha sonralar verdiyi intervyuların birində qeyd etmişdir ki, o çəkilişlərə yalnız mart ayının əvvəllərində başlamışdı[18]. "Məndə filmin o qədər bileti var idi ki, bu haqqda heç Sizə də deyə bilməzdim" — bunu filmə NC-17 verən kastinq rejissoru Evi Kaufman bildirmişdi. Kaufman Makkuinə, filmin çəkilişlərində hətta Brendonun bir gecəlik qadınları kimi filmdə olan xırda detalları belə oynayan yalnız yüksək keyfiyyətli peşəkar aktyorların cəlb edilməsi tapşırığını vermişdi. Bu ideya ondan ibarət idi ki, xırda rollarda oynayan aktyor və aktrisalar öz susqunluğu, hətta yalnız jestikulyasiya ilə və Brendonun əhval-ruhiyyəsini özlərində əks etdirməklə filmin süjetini daha da irəli sürə biləcəklər. Əlbəttə ki, bu rolları oynayanlar müəyyən fiziki tələblərə uyğun olmalı idilər. Filmin həmçinin bir çox səhnələri Çelsi şəhərində çəkilmişdir. Məsələn ofis səhnələri Citigroup Center'də, otel və gecə klubu səhnələri isə Mitpekinq rayonunda yerləşən Standard Hotel'də düzənlənmişdi. Filmin çəkilişləri may ayında sona çatdı və bundan sonra artıq post-prodakşına start verildi.
Utanc ilk dəfə olaraq 68-ci Venesiya Film Festivalının əsas müsabiqəsində nümayiş etdirilmişdi[19]. Bu filmdə öz baş roluna görə, Fassbender "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib gələrək Volpi kuboku qazanır[20]. Film həmçinin 36-cı Toronto Beynəlxalq Film festivalına,[21] 49-cu Nyu-York Film Festivalında, 55-ci B.F.I. London Film Festivalında və 34-cü Starz Denver Film Festivalında nümayiş olunmuşdu.[22]
Böyük Britaniyada Utanc 13 yanvar 201-ci ildə seyircilərə rəsmən təqdim edilmişdi[13]. Fox Searchlight kompaniyası filmin ABŞ-də yayılması üzrə çalışırdı[23].
Film 2011-ci ilin dekabr ayında ABŞ-də məhdud sayda olmaqla nümayiş etdirilmişdi[24][25]. Fox Searchlight Pictures şirkəti filmin ABŞ-də yayım hüququ əldə etmək üçün təxminən 400 min dollar ödəmişdi[26][27].
Film çoxlu sayda erotik səhnələrin olmasına görə, Amerika kinoasossiasiyası tərəfindən NC-17 (yəni 17 yaşdan aşağı şəxslərin filmə baxması qadağan edilən) reytingi ilə qiymətləndirmişdi. Fox Searchlight filmə verilən reytingə diqqət yetirərək, filmdə əvvəl olan bəzi açıq səhnələri kəsərək asossiasiya tərəfindən R reytingini qazanmağa nail olur. Kinoasossiasiyanın prezidenti Stiv Cilula deyirdi ki, o NC-17 reytingini "qara xətt" deyil, qürur mənbəyi olduğunu hesab edir[28].
Britaniyanın "The Guardian" qəzeti aktyorların təsir edici çıxışları tərifləyərək, həmçinin Keri Melliqanın ifasında New York, New York mahnısını „unudulmaz çıxış“ adlandırır[29]. Evening Standard Maykl Fassbenderin oynadığı rolu yüksək giymətləndirir. Nəşr Makkuini haqqda da xüsusi qeyd edərək, onun rejissorluq fəaliyyətini „xüsusilə seks səhnələr zamanı şübhəsiz ki güclü və kompromissiz“ adlandırmışdı. Buna baxmayaraq, filmə bir sıra etirazlar da mövcud idi; bunlar baş qəhrəman Brendonun keçmişdə „cinsi həbsxanada“ qaldığı haqqda filmdə verilən kiçik ipucular barədə idi[30].
"Daily Telegraph" qəzetinin yazdığı ətraflı məqalədə ssenari müəlliflərin heç biri — nə Morqan, nə də Makkuinin moral əxlaq və mənəviyyat anlamlarına uyğun gəlmədiyini bildirmişdi. Filmdə nümayiş edilən sinql-bar, tanışlıq etiketləri və seks klublarını isə nəşr „cəhənnəm ilə“ müqayisə etdi. Buna baxmayaraq, Devid Qritten Makkuini "yüksək istedadlı, qabiliyyətli rejissor" və "özünün nadir ilham mənbəyini ustalıqcasına aşkar edə bilən" — deyərək, təsvir etmişdi[31].
"Independent Extra" nəşri filmin baş qəhrəmanı Brendonu daha çox sevgi dolu Kazanova ilə deyil 1976-cı ildə çəkilmiş Taksi sürücüsü filminin anti-qəhrəmanı Trevis Bikklla müqayisə edir. Digər Britaniya qəzetləri isə filmə daha soyuq yanaşaraq, onun seyirciyə yorucu və çox az dialoq sayının olduğunu bildirirlər[32].
Laut Ditmar Datın (Frankfurter Allgemeine Zeitung) fikrincə, həm Aclıq, həm də Utanc filmində baş rolları ifa edən aktyorlara qoyulan etimadları onlar tam olaraq qazanmışdırlar. O filmi „çılpaq ümidsizliyə şik ekskursiya“ olaraq təsvir etmişdi[33].
Utanc | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 2 dekabr 2011 | |||
Janr | film musiqisi, folk və kantri | |||
Müddət | 100 dəq. | |||
Prodüser | Harri Eskot | |||
Albom xronologiyası | ||||
|
"Utanc" filminin orijinal film musiqisi albomu 2011-ci ildə Sony Music şirkəti tərəfindən satışa çıxarılmışdır. Alboma bəstəkar Harri Eskotun orijinal partitura və musiqisi, həmçinin Blondie, Howlin’ Wolf qrupların və həmçinin pianoçu Qlenn Fuldanın bir neçə mahnısı da daxil edilib. Soundtrek 6 dekabr 2011-ci ildə və əvvəlcədən Amazon saytında onlayn satışa çıxarılmışdı[34]
Film tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Tənqid məcmusu Rotten Tomatoes isə qeyd edir ki, 171 tənqidçidən 79%-i filmi müsbət qiymətləndirmiş və film saytda 10 ballıq sistem üzrə 7.4 balla qiymətləndirilmişdir. Rotten Tomatoes konsesusunda deyilir: "Maykl Fassbender və Kerri Melliqanın güclü və məğrur ifasında "Utanc" insanı güclü kədər asılılığını hiss etməyə məcbur edir."[35] "Metacritic"də isə film orta səviyyəli rəylər alaraq qırx bir tənqidçinin rəyinə əsasən yetmiş iki bal toplamışdır və filmin "Əsasən yaxşı rəylər" aldığı bildirilmişdir.[36]
"Chicago Sun-Times"dan Rocer Ebert "Utanc"ı "güclü film" və "cəsarətli və gerçəkçi" adlandıraraq qeyd edir ki, "bu, film və aktyor sənətində böyük addımdır. Mən əmin deyiləm ki, ikinci belə bir addımın şahidi ola bilərəm", həmçinin filmə dörd ulduz səviyyəsində qiymət verir.[37] Sonradan Ebert "Utanc"ı 2011-ci ilin ikinci ən yaxşı filmi adlandırmışdı.[38] "The Hollywood Reporter"dən Todd Makkarti filmi müsbət qiymətləndirərək qeyd edir: "Maykl Fassbenderin parlaq ifası və gözəl canlandırması ilə "Utanc" seksual asılılığın qaranlıq və vəhşi tərəfinə səyahət, bu asılılığın narkotik qədər güclü ola biləcəyi haqqında xəbərdarlıqdır."[39]
"The Hollywood News"dan Den Ballok qeyd edir: "Utanc bihuşedici və intensiv intimdir. Makkuin "Aclıq" kimi daha bir dönməz və cazibədar film yaradaraq, narkomaniyanın dərinliklərini, dağıdıcı nəticələrini və zəkanın süqutunu tədqiq edir və baxmayaraq ki, hərdən bu filmi izləmək çox çətin olur, əslində siz gözünüzü ondan çəkə bilməyəcəksiniz." [40]
"Variety" jurnalından Castin Çanq filmi müsbət qiymətləndirir və yazır: "Rejissorun 2008-ci ildə təqdim edilmiş debüt filmi "Aclıq"dan sonra bu film daha cana yaxın, lakin uzlaşmaz drama təsiri bağışlayır, beləcə, diqqəti insan vücudu və ondan sui-istifadəyə yönəldə bilir, Maykl Fassbender isə hər vəchlə ciddi, lakin insanpərvər şəxs olan Stiven Makkuinin tələblərini yerinə yetirməyə çalışır."[41]
"The New York Times"da nəşr olunmuş məqaləsində Entoni Skott yazır: "[Rejissor] Makkuin intensiv ehtiyacın Brendonu necə real intim həyatdan uzaq saldığını göstəmək istəmişdir, lakin hələ bağşlanğıcda edilmiş incə təcrübə nəticəsində bu aydın olmuşdur."[42]
Film 2012-ci ilin aprel ayında Blu-ray və iTunes kimi (Blokbaster istisna olunmaqla) rəgəmsal formatlara yüklənərək olayn satışa çıxarılmışdı. Amazon.de rəsmi saytı filmə ümumi 257 səslə, 5 ulduzdan 3.8 vermişdi[43].
Mükafat mərasiminin tarixi | Mükafat adı | Kateqoriya | Resipiyent | Nəticə |
---|---|---|---|---|
2011 | Seville European Film Festival | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı rejissor üzrə Golden Giraldillo mükafatı | Stiv Makkuin | Qazandı | ||
10 sentyabr 2011 | Venesiya Film Festivalı | Ən yaxşı film üzrə CinemAvvenire mükafatı | Yen Kenninq, Emil Şerman | Qazandı |
Ən yaxşı film üzrə FIPRESCI mükafatı | Yen Kenninq, Emil Şerman | Qazandı | ||
Ən yaxşı film üzrə Qızıl Şir mükafatı | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı aktyor üzrə Volpi Cup mükafatı | Maykl Fassbender | Qazandı | ||
30 noyabr 2011 | Nyu-York kinotənqidçilərin mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender | 2-ci yer |
İkincidərəcəli ən yaxşı aktrisa | Keri Melliqan | 2-ci yer | ||
1 dekabr 2011 | Milli Şura mükafatı[44] | Spotlight Award | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və İks-adamlar: Birinci dərəcə filmləri üçün) | Qazandı |
4 dekabr 2011 | Britaniya müstəqil film mükafatı[45] | Britaniyanın ən yaxşı müstəqil filmi | Yen Kenninq, Emili Şerman | Namizəd |
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı ssenari | Stiv Makkuin, Ebi Morqan | Namizəd | ||
Müstəqil Britaniya filmləri üzrə ən yaxşı aktyor performansı | Maykl Fassbender | Qazandı | ||
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
Ən yaxşı texniki naliyyət — redaktə üzrə | Co Uolker | Namizəd | ||
Ən yaxşı texniki naliyyət – Kinematoqrafiya | Şon Bobbit | Namizəd | ||
5 dekabr 2011 | Vaşinqton Tənqidçi birliyinin mükafatı[46] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
11 dekabr 2011 | Los Anceles kinotənqidçilər birliyinin mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və X-Men: Birinci sinif filmləri üçün) | Qazandı |
12 dekabr 2011 | Afrikan-Amerikan kinotənqidçilər Assosiasiyasının mükafatı[47] | Ən yaxşı göstəriş | Yen Kenninq, Emili Şerman | 5-ci yer |
Ən yaxşı rejissor | Stiv Makkuin | Qazandı | ||
12 dekabr 2011 | San Dieqo kinotənqidçilər birliyinin mükafatı[48] | Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd |
14 dekabr 2011 | Hyuston kinotənqidçilər birliyinin mükafatı[49] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı musiqi | Harri Eskott | Namizəd | ||
16 dekabr 2011 | Detroit kinotənqidçilər birliyinin mükafatı[50] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Qazandı | ||
16 dekabr 2011 | Dallas-Fort-Uort kinotənqidçilər Assosiasiya premiyası[51] | İlin 10 ən yaxşı filmi | Yen Kenninq, Emili Şerman | 9-cu yer |
Ən yaxşı aktyor | Maykl Fassbender | 3-cü yer | ||
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | 5-ci yer | ||
18 dekabr 2011 | Satellite Mükafatı | Ən yaxşı film — dram janrı üzrə | Yen Kenninq, Emili Şerman | Namizəd |
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı orjinal ssenari | Stiv Makkuin, Ebi Morqan | Namizəd | ||
Ən yaxşı aktyor – Dram filmi üzrə | Maykl Fassbender | Namizəd | ||
Ən yaxşı ikincidərəcəli aktrisa – Kinofilm | Keri Melliqan | Namizəd | ||
Ən yaxşı redaktə | Co Uolker | Namizəd | ||
19 dekabr 2011 | Florida kinotənqidçilər mükafatı[52] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
19 dekabr 2011 | St. Luis Getuey kinotənqidçilər mükafatı[53] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
19 dekabr 2011 | Çikaqo kinotənqidçilər Assosisiyası mükafatı[54] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
27 dekabr 2011 | Feniks kinotənqidçilər mükafatı[55] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
2 yanvar 2012 | Online Film Critics Society Awards[56] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
5 yanvar 2012 | Central Ohio Film Critics Association Awards[57] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
İlin aktyoru | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və X-Men: Birinci sinif filmləri üçün) | Namizəd | ||
9 yanvar 2012 | Qadın alliansı jurnalist film mükafatı[58] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
9 yanvar 2012 | Denver kinotənqidçi birliyi mükafatı[59] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
10 yanvar 2012 | Vankuver kinotənqidçi birliyi mükafatı[60] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
12 yanvar 2012 | Kinotənqidçilər yayım birliyin mükafatı[61] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
15 yanvar 2012 | Qızıl Qlobus Mükafatı[62] | Ən yaxşı aktyor – Dram janrı üzrə çəkilmiş filmdə | Maykl Fassbender | Namizəd |
19 yanvar 2012 | London kinotənqidçi birliyi mükafatı[63] | İlin ən yaxşı britaniya filmi | Yen Kenninq, Emili Şerman | Namizəd |
İlin aktyoru | Maykl Fassbender | Namizəd | ||
İlin ən yaxşı britaniya aktyoru | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul filmi üçün) | Qazandı | ||
İlin ən yaxşı britaniya aktrisası | Keri Melliqan (Həmçinin Drayv filmi üçün) | Namizəd | ||
27 yanvar 2012 | Avstraliya Kinematoqrafiya və Televiziya mədəniyyəti Akademiyasının mükafatı[64] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
2 fevral 2012 | Richard Attenborough Regional Film Awards[65] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
6 fevral 2012 | Evening Standard British Film Awards[66] | Ən yaxşı film | Stiv Makkuin | Namizəd |
Ən yaxşı aktyor | Maykl Fassbender (Həmçinin Ceyn Eyr filmi üçün) | Qazandı | ||
Ən yaxşı aktrisa | Keri Melliqan | Namizəd | ||
London Film Museum Award for Technical Achievement | Şon Bobbitt | Namizəd | ||
11 fevral 2012 | İrland film və televiziya mükafatı[67] | Film kateqoriyası üzrə Baş rolda ən yaxşı kişi rolu | Maykl Fassbender | Qazandı |
12 fevral 2012 | BAFTA[68] | Ən yaxşı Britaniya filmi | Stiv Makkuin, Yen Kenninq, Emili Şerman, Ebi Morqan | Namizəd |
Baş rolda ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd | ||
17 fevral 2012 | Kermod Mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
25 fevral 2012 | Independent Spirit mükafatı | Xarici dildə çəkilmiş ən yaxşı film | Yen Kenninq, Emili Şerman | Namizəd |
1 dekabr 2012 | Avropa Film Mükafatı[69] | Ən yaxşı Avropa filmi | Stiv Makkuin | Namizəd |
Ən yaxşı film | Stiv Makkuin, Yen Kenninq, Emili Şerman, Ebi Morqan | Namizəd | ||
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd | ||
Ən yaxşı redaktə | Co Uolker | Qazandı | ||
Ən yaxşı kinematoqrafçı | Şon Bobbitt | Qazandı | ||
5 yanvar 2013 | Belgian Film Critics Association[70] | Qran pri | Utanc | Namizəd |