Utiçi adası — Şantar adaları qrupuna daxil olan kiçik ada. Böyük Şantar adasında yerləşən Radujnı burnundan 8 km aralıda yerləşir. Adanın uzunluğu 2,5 km, eni isə 500 m təşkil edir[1]. Ada ərazisində Şantar adaları arasında ən böyük eynəkli təmizçi koloniyası vardır. 1991-92-ci illər ərzində 17500 çüt quş qeydə alınmışdır[2]. Suiti yerləşim yerləri vardır. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları»[3] yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir[4].
Utiçi adası | |
---|---|
rus. Утичий | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 181,3 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
54°41′07″ şm. e. 138°11′32″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|