Uve Ulsson

Sven Uve Ulsson (isv. Sven Owe Ohlsson; 19 avqust 1938[1]) — İsveç futbolçusu və məşqçisi, hücumçu. İsveç millisi ilə 1958-ci ildə dünya çempionatının gümüş mükafatçısı.

Uve Ulsson
Ümumi məlumatlar
Doğum tarixi 19 avqust 1938(1938-08-19)[1] (85 yaş)
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1948–1954 Helsö
Klub karyerası[* 1]
1954–1964 Göteborq 165 (101)
1965–1971 AİK 154 (23)
1972–1974 Stokholm 0 (0)
Milli yığma[* 2]
1958–1959 İsveç U-21 9 (9)
1958–1965 İsveç B 5 (8)
1958–1964 İsveç 15 (6)
Məşqçisi olduğu klublar
1972–1974 Stokholm
1975–1976 AİK (gənclər komandaları)
Təltif və medalları
Dünya Kuboku
Gümüş 1958 İsveç

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Uve Ulsson 19 avqust 1938-ci ildə Helsöda anadan olub və 1948-ci ildə yerli eyniadlı klubda futbol oynamağa başlayıb. 1954-cü ildə o, "Göteborq" klubuna keçid etdi və 1956-cı ildə İsveç çempionatında debüt oyununa çıxdı. 1957/1958 mövsümündə Ulsson İsveç çempionluğuna nail oldu və çempionatın ikinci ən yaxşı bombardiri oldu. 1959/1960 mövsümündə "Linfild"lə matçda 5 qol vuran Uve avrokubok matçında belə nailiyyət əldə edən ilk oyunçu oldu.[2] Ulsson “Göteborq”da doqquz il keçirdi, 165 liqa oyuna 101 qol vuraraq klub tarixində ən yaxşı bombardirlərdən biri oldu.

1964-cü ilin payızında Ulsson "AİK"-ə transfer oldu. 1965-1971-ci illərdə bu klubun tərkibində İsveç çempionatında 154 oyun keçirərək 23 qol vurdu. 1967-ci ildə o, müdafiəçi mövqeyində oynamağa başladı, buna səbəb yoldaşlıq görüşündə bu mövqedə zədəli oyunçunu əvəz etməli idi. Həmin il mayın 10-da “Hammarbü” ilə matçın 23-cü dəqiqəsində zədəli qapıçı Leif Hültun əvəzinə qapıda duraraq qapısını toxunulmaz saxladı və görüş komandasının 2:0 hesablı qələbəsi ilə başa çatdı. 1969-cu ildə "AİK" İsveç Kubokunun finalına çıxsa da, burada "Norrçöpinq"ə 1:0 hesabı ilə uduzdu. 1972-ci ildə baş məşqçi ilə fikir ayrılığına görə klubdan ayrılmış və "Stokholm"a keçid edərək futbolçu-məşqçi kimi fəaliyyətə başlayır. 1974-cü ildə isə futbolçu karyerasını orada bitirir.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Ulsson İsveç millisində debütünü 1958-ci il mayın 7-də İsveçrə ilə yoldaşlıq oyununda (3:2) etdi. Elə həmin il o, milli komandanın baş məşqçisi Corc Reynor tərəfindən İsveçdə keçirilən Dünya Kubokunda oynamaq üçün milli komandadan dəvət aldı. İsveç finalda Braziliyaya 5:2 hesabı ilə uduzdu, Ulsson isə turnirdə bir dəqiqə belə meydanda oynamadı. Ulsson milli komandadakı son oyunu 2 avqust 1964-cü ildə Şimali Avropa çempionatı çərçivəsində keçirilən və 1:0 məğlubiyyət hesabı ilə bitən Finlandiya ilə oyuna təsadüf etdi. Ümumilikdə, 1958-1964-cü illərdə İsveç millisinin tərkibində 15 oyun keçirərək 6 qol vura bilmişdir.[3]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Klub səviyyəsində

[redaktə | mənbəni redaktə et]

Göteborq

Milli komanda səviyyəsində

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Owe Ohlsson // Transfermarkt (çd.). 2000.
  2. "Champions' Cup 1959-60". RSSSF (ingilis). 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  3. "Owe Ohlsson". EU-Football.info (ingilis). 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  4. 1 2 http://www.aik.se/fotboll/aikindex.html?/fotboll/historik/500aikare/oweohlss.html Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine