Uvey

Uvey Şanyü (e. ə. II əsre.ə. 104) — eramızdan əvvəl 114-105-ci illər arası hökmdarlıq etmişdir. İçizin böyük oğlu olan Uvey Şanyünün hakimiyyət dövrü Hun imperiyasının durğunluq dövrü sayılır. Hakimiyyətinin 4-cü ilində Çin elçisi ona imperatorun onu müharibəyə çağırdığını, müharibə etməzlərsə vassallığını qəbul etməsini dediyini bildirdi. Uvey buna əsəbləşərək elçini Baykal gölü ətrafına sürgünə göndərdi. Müharibəyə isə girişməyərək ordusuna dinclik verdi. Yan-sin adlı Çin elçisi həmin il gələrək sülh təklif etdiyini, şanyünün vəliəhdi imperatorun yanına göndərməsini istədi. Şanyü isə buna etiraz edərək bir Çin şahzadəsi tələb etdi. Şanyü axırda özü Çinə getmək istədi. İmperator Vudi Uvey üçün Çanqanda bir saray tikilməsini əmr etdi. Həmin il Hun elçisi Çində xəstələndiyi üçün Uvey onun öldürüldüyünü zənn etdi və Çinə getmək fikrindən daşındı. Eramızdan əvvəl 105-ci ildə ölən Uveyin yerinə kiçik yaşlı oğlu "Ər Şanyü" hökmdar elan edildi.[1]

Uvey
烏維 单于
Əvvəlkiİçiz
SonrakıUşilu
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. II əsr
Vəfat tarixi e.ə. 104
Atası İçiz
Uşağı
  1. Bichurin N.Ya., "Collection of Information on Peoples in Central Asia in Ancient Times", vol. 1, p.46